İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası

28 November 2024

10:12

۱,۵۲۰

Xəbərin xülasəsi :
...Buna görə həqiqi bəndələrin ne’mətinlə Səni yad etdilər, bəxşişinlə Sənə şükr etdilər, əmrinlə dua etməyə qalxdılar, bol bəxşişini almaq xatirinə sədəqə verdilər, onların Sənin qəzəbindən yeganə xilas yolu, razılığına yetmək üçün bir yol var idisə onda idi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması

Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar. 

وَ قُلْتَ: «مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضا حَسَنا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافا كَثِيرَةًوَمَا أَنْزَلْتَ مِنْ نَظَائِرِهِنَّ فِي الْقُرْآنِ مِنْ تَضَاعِيفِ الْحَسَنَاتِ. وَ أَنْتَ الَّذِي دَلَلْتَهُمْ بِقَوْلِكَ مِنْ غَيْبِكَ وَ تَرْغِيبِكَ الَّذِي فِيهِ حَظُّهُمْ عَلَى مَا لَوْ سَتَرْتَهُ عَنْهُمْ لَمْ تُدْرِكْهُ أَبْصَارُهُمْ، وَلَمْ تَعِهِ أَسْمَاعُهُمْ، وَلَمْ تَلْحَقْهُ أَوْهَامُهُمْ، فَقُلْتَ: اذْكُرُونِي أَذْكُرْكُمْ، وَاشْكُرُوا لِي وَلا تَكْفُرُونِ، وَ قُلْتَ: لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ، وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ. وَقُلْتَ: ادْعُونِي أَسْتَجِبْ لَكُمْ، إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ، فَسَمَّيْتَ دُعَاءَكَ عِبَادَةً، وَتَرْكَهُ اسْتِكْبَارا، وَتَوَعَّدْتَ عَلَى تَرْكِهِ دُخُولَ جَهَنَّمَ دَاخِرِينَ. فَذَكَرُوكَ بِمَنِّكَ، وَشَكَرُوكَ بِفَضْلِكَ، وَدَعَوْكَ بِأَمْرِكَ، وَ تَصَدَّقُوا لَكَ طَلَبا لِمَزِيدِكَ، وَفِيهَا كَانَتْ نَجَاتُهُمْ مِنْ غَضَبِكَ، وَفَوْزُهُمْ بِرِضَاكَ.

buyurmusan: «Allaha gözəl borc verən kimdir ki, Allah da onu bir neçə qat artırsın

Yaxşı əməlləri bir neçə qat artırmağın barədə verdiyin d bu kimi misallar Quranında çox yerlərdə nazil etmisən, qeybindən söz salmağınla, faydalarına rəğbətləndirdiyinin səbəbi ilə onları elə şeyə hidayət etmisən ki, əgər onlardan gizli saxladığın gözləri dərk etməz, qulaqları anlamazdı, fikirləri ona yetməzdi çünki buyurmusan: «Məni yad edin ki, Mən sizi yad edim, Mənə şükr edin nankor olmayın» buyurmusan: «əgər şükr etsəniz Sizə olan nemətlərimi artıracaqağam, əgər küfr etsəniz, həqiqətən Mənim əzabım şiddətlidir».

buyurmusan: «Məni çağırın ki, dualarınızı qəbul edim, Mənə ibadət etməyə təkəbbür göstərənlər tezliklə xar zəlil halda Cəhənnəmə girəcəklər».

Belə olduqda dua raz-niyazı ibadət, onu tərk etməyi təkəbbürlük adlandırmısan duanın tərk edilməsi ilə zəlil rüsvayçılıqla Cəhənnəmə girməklə qorxutmusan.

Buna görə həqiqi bəndələrin nemətinlə Səni yad etdilər, bəxşişinlə Sənə şükr etdilər, əmrinlə dua etməyə qalxdılar, bol bəxşişini almaq xatirinə sədəqə verdilər, onların Sənin qəzəbindən yeganə xilas yolu, razılığına yetmək üçün bir yol var idisə onda idi.

İltimas dua

(ardını izləyin)

Etiketlər :

Səhifəyi-Səccadiyyədən İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası