İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
28 November 2024
10:13
۱,۱۱۳
Xəbərin xülasəsi :
Bizi seçdiyin dinə hidayət etdin, bəyəndiyin şəriətə yol göstərdin, rahatladığın yolun yolçusu etdin, dərgahında yaxınlaşmağa, kəramətinə yetişməyə olan yola bizə bəsirət nəsib etdin
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
وَلَوْ دَلَّ مَخْلُوقٌ مَخْلُوقا مِنْ نَفْسِهِ عَلَى مِثْلِ الَّذِي دَلَلْتَ عَلَيْهِ عِبَادَكَ مِنْكَ كَانَ مَوْصُوفا بِالْإِحْسَانِ، وَمَنْعُوتا بِالامْتِنَانِ، وَمَحْمُودا بِكُلِّ لِسَانٍ، فَلَكَ الْحَمْدُ مَا وُجِدَ فِي حَمْدِكَ مَذْهَبٌ، وَ مَا بَقِيَ لِلْحَمْدِ لَفْظٌ تُحْمَدُ بِهِ، وَ مَعْنًى يَنْصَرِفُ إِلَيْهِ. يَا مَنْ تَحَمَّدَ إِلَى عِبَادِهِ بِالْإِحْسَانِ وَ الْفَضْلِ، وَ غَمَرَهُمْ بِالْمَنِّ وَ الطَّوْلِ، مَا أَفْشَى فِينَا نِعْمَتَكَ، وَ أَسْبَغَ عَلَيْنَا مِنَّتَكَ، وَ أَخَصَّنَا بِبِرِّكَ هَدَيْتَنَا لِدِينِكَ الَّذِي اصْطَفَيْتَ، وَ مِلَّتِكَ الَّتِي ارْتَضَيْتَ، وَ سَبِيلِكَ الَّذِي سَهَّلْتَ، وَ بَصَّرْتَنَا الزُّلْفَةَ لَدَيْكَ، وَ الْوُصُولَ إِلَى كَرَامَتِكَ اللَّهُمَّ وَ أَنْتَ جَعَلْتَ مِنْ صَفَايَا تِلْكَ الْوَظَائِفِ، وَ خَصَائِصِ تِلْكَ الْفُرُوضِ شَهْرَ رَمَضَانَ الَّذِي اخْتَصَصْتَهُ مِنْ سَائِرِ الشُّهُورِ، وَ تَخَيَّرْتَهُ مِنْ جَمِيعِ الْأَزْمِنَةِ وَالدُّهُورِ، وَآثَرْتَهُ عَلَى كُلِّ أَوْقَاتِ السَّنَةِ بِمَا أَنْزَلْتَ فِيهِ مِنَ الْقُرْآنِ وَ النُّورِ،
Və əgər bir məxluq başqa bir məxluqu sənin öz bəndələrinin hidayət etdiyin kimi hidayət etsəydi ehsan sahibi kimi şöhrət tapar, bəxşiş və əta sahibi kimi məhşur olardı, və hər bir dildə ona həmd-səna edib tə’riflər deyərdilər; Belə olduqda imkanı oluncaya qədər Sənə həmd olsun, Sənə həmd üçün söz tapılanadək, həmdə dönən bir mə’na qalanadək.
Ey ehsan və lütfünlə bəndələrini həmdə çağıran, onları Öz bəxşişin ilə qərq edən, Sənin bizdə olan ne’mətin necə də aşkar və geniş yayılmışdır! Bir olan ehsanın necə də boldur! Bizə olan yaxşılıqların necə də xüsusidir!
Bizi seçdiyin dinə hidayət etdin, bəyəndiyin şəriətə yol göstərdin, rahatladığın yolun yolçusu etdin, dərgahında yaxınlaşmağa, kəramətinə yetişməyə olan yola bizə bəsirət nəsib etdin.
Ey mənim Rəbbim, Sən o vəzifələrin ən safını, vacib olan işlərin ən üstün olanını Ramazan ayı qərar verdin ki, onu sair aylar arasından seçdin, bütün zaman və əsrlər arasından ixtiyar etdin, ilin bütün vaxtlarından fəzilətli etdin, onda Qur’an və nur nazil etdiyin üçün...
İltimas dua
(ardını izləyin)