İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
28 November 2024
09:24
۱,۱۶۲
Xəbərin xülasəsi :
Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey gün-lər və saatlar arasında ən üstün ay, salam olsun sənə.
Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
السَّلامُ عَلَيْكَ يَا شَهْرَ اللَّهِ الْأَكْبَرَ، وَ يَا عِيدَ أَوْلِيَائِهِ. السَّلامُ عَلَيْكَ يَا أَكْرَمَ مَصْحُوبٍ مِنَ الْأَوْقَاتِ، وَ يَا خَيْرَ شَهْرٍ فِي الْأَيَّامِ وَ السَّاعَاتِ. السَّلامُ عَلَيْكَ مِنْ شَهْرٍ قَرُبَتْ فِيهِ الآْمَالُ، وَ نُشِرَتْ فِيهِ الْأَعْمَالُ. السَّلامُ عَلَيْكَ مِنْ قَرِينٍ جَلَّ قَدْرُهُ مَوْجُودا، وَ أَفْجَعَ فَقْدُهُ مَفْقُودا، وَ مَرْجُوٍّ آلَمَ فِرَاقُهُ. السَّلامُ عَلَيْكَ مِنْ أَلِيفٍ آنَسَ مُقْبِلا فَسَرَّ، وَ أَوْحَشَ مُنْقَضِيا فَمَضَّ السَّلامُ عَلَيْكَ مِنْ مُجَاوِرٍ رَقَّتْ فِيهِ الْقُلُوبُ، وَ قَلَّتْ فِيهِ الذُّنُوبُ. السَّلامُ عَلَيْكَ مِنْ نَاصِرٍ أَعَانَ عَلَى الشَّيْطَانِ، وَ صَاحِبٍ سَهَّلَ سُبُلَ الْإِحْسَانِ السَّلامُ عَلَيْكَ مَا أَكْثَرَ عُتَقَاءَ اللَّهِ فِيكَ، وَ مَا أَسْعَدَ مَنْ رَعَى حُرْمَتَكَ بِكَ...
Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə.
Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey gün-lər və saatlar arasında ən üstün ay, salam olsun sənə.
Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə.
Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə, ey ümid mayası, ey ayrılığı çətin olan.
Ey üz gətirdikdə bizi şadlandıran munis, ötdükcə qorxunu v əzablı olan ay, salam olsun sənə.
Ey qəlblər sənin yanında yumşalan, günahlar səndə azalan ay, salam olsun sənə.
Ey Şeytanla mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamar və asanlaşdıran ay, salam olsun sənə. Allah tərəfindən səndə azad olanlar nə çoxdur, nə xoşbəxtdir o kəsi ki, sənin vasitənlə hörmətin riayət etdi…
İltimas dua
(ardını izləyin)