İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası

28 November 2024

09:19

۱,۲۰۷

Xəbərin xülasəsi :
Ey mənim Rəbbim, bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən, onda çox nəsibi olanlardan, Səndən daha çox fayda görənlərdən et
 

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması

Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.

اللَّهُمَّ اسْلَخْنَا بِانْسِلاخِ هَذَا الشَّهْرِ مِنْ خَطَايَانَا، وَ أَخْرِجْنَا بِخُرُوجِهِ مِنْ سَيِّئَاتِنَا، وَ اجْعَلْنَا مِنْ أَسْعَدِ أَهْلِهِ بِهِ، وَ أَجْزَلِهِمْ قِسْما فِيهِ، وَ أَوْفَرِهِمْ حَظّا مِنْهُ. اللَّهُمَّ وَ مَنْ رَعَى هَذَا الشَّهْرَ حَقَّ رِعَايَتِهِ، وَ حَفِظَ حُرْمَتَهُ حَقَّ حِفْظِهَا، وَ قَامَ بِحُدُودِهِ حَقَّ قِيَامِهَا، وَ اتَّقَى ذُنُوبَهُ حَقَّ تُقَاتِهَا، أَوْ تَقَرَّبَ إِلَيْكَ بِقُرْبَةٍ أَوْجَبَتْ رِضَاكَ لَهُ، وَ عَطَفَتْ رَحْمَتَكَ عَلَيْهِ، فَهَبْ لَنَا مِثْلَهُ مِنْ وُجْدِكَ، وَ أَعْطِنَا أَضْعَافَهُ مِنْ فَضْلِكَ، فَإِنَّ فَضْلَكَ لا يَغِيضُ، وَ إِنَّ خَزَائِنَكَ لا تَنْقُصُ بَلْ تَفِيضُ، وَ إِنَّ مَعَادِنَ إِحْسَانِكَ لا تَفْنَى، وَ إِنَّ عَطَاءَكَ لَلْعَطَاءُ الْمُهَنَّا.

Ey mənim Rəbbim, bu ayın bitməsini günahlarımızın tükənməsi qərar ver, çıxmağı ilə bizi pisliklərdən çıxart, bizi bu ayda onun ən səadətli əhlindən, onda çox nəsibi olanlardan, Səndən daha çox fayda görənlərdən et.

Ey mənim Rəbbim, bu ayı olduğu kimi riayət edən, hörmətini lazımi şəkildə qoruyan, hudularını layiqincə dirçəldən, günahlarından düzgün tərzdə çəkinəm, yaxud sənin razılığına səbəb olan yaxşı işlə sənə yaxınlaşan, rəhmətini bu işlə ona yönəltdiyi kimsəyə verdiyin nemətlər kimi öz sərvətindən bizə ona verdiyindən nəsib et, öz lütfündən onun bir neçə qat artığını bizə inayət et, çünki lütfün azalmaz, xəzinələrin əskilməz, hətta artarda, ehsan dənlərin aradan getməz, həqiqətən sənin bəxşişin şirin bir bəxşişdir.

İltimas dua

(ardını izləyin)

 

Etiketlər :

Səhifəyi-Səccadiyyədən İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası