Zil-qədə ayının fəzilətli əməllərindən
28 November 2024
08:04
۹۹۵
Xəbərin xülasəsi :
Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Zil-qədə ayının fəzilətli əməllərindən
Zil-qədə ayında bazar gününündə qılınan namaz.
"Tövbə namazı"
Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) Zil-qədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə "Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu, "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun:
"Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt.""
(Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz).
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla. Başqa mələk ona deyər: Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə.
O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun. Cənab Cəbrayil (əleyhissəlam) nida edər: Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın.
Peyğəmbərdən (sallallahu əleyhi və alih) soruşurlar ki, bu namazı başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba malik olacaqdırmı? Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: Həmin savaba malikdir. Bunları Cəbrayil (əleyhissəlam) merac gecəsi mənə öyrətmişdi.
Mənbə:
Bu hədisin əslini Seyyid Tavusun İqbalul Ə'mal kitabında, cild- 2 , səh 20 -21;
Həmçinin, ondan da nəql edib, Müstədrəkul Vəsail, cild- 6 , səh 396-397; ondan da nəql edib, Şeyx Cavad Məliki Təbrizi, Əl-Muqaribat, səh- 301-302.