Həzrət İmam Riza əleyhissəlamın həyatına qısa baxış

28 November 2024

08:10

۹۸۶

Xəbərin xülasəsi :
İmam Əli ibn Musa (əleyhiməssəlam) hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur. Atası imam Kazim (əleyhissəlam), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş İmam Riza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir. İmam Əli ibn Musa əleyhiməssəlamın künyəsi Əbülhəsən ləqəbi Riza olmuşdur. İmam Riza (əleyhissəlam) atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamətə çatmışdır.


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Riza əleyhissəlamın həyatına qısa baxış

İmam Əli ibn Musa (əleyhiməssəlam) hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur. Atası imam Kazim (əleyhissəlam), anası isə Tuktəm adlı fəzilətli bir qadın olmuş İmam Riza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir. İmam Əli ibn Musa əleyhissəlamın künyəsi Əbülhəsən ləqəbi Riza olmuşdur. İmam Riza (əleyhissəlam) atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamətə çatmışdır.

İmam Riza (əleyhissəlam) İmam olduğu iyirmi ilin onunu Harun Ər-Rəşidlə beş ilini Məhəmməd Əminlə son beş ilini isə Abdullah Əl-Məmunla həmzaman olmuşdur.

Hicrətin yüz səksən üçüncü ili İmam Kazim (əleyhissəlam) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Riza (əleyhissəlam) İmam olduğu müddətin on ilini Harunla bir dövrdə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Riza əleyhissəlamın nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Riza (əleyhissəlam) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər İslami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir.

Məmunun hakimiyyətə gəlişi ilə İmam Riza əleyhissəlamın həyatında yeni bir səhifə açılır. Bu elə bir səhifə idi ki başdan-ayağa İmam Riza əleyhissəlamın qəmli-qüssəli illəri ilə dolu idi.

Xəlifəlik məqamını qəsb edənlərin (istər Bəni-Üməyyədən olsun istərsə də Bəni-Abbasdan) ən çox qorxduqları şəxslər Əli əleyhissəlamın övladları olmuşdur. Çünki camaat (hamısı da olmasa, böyük bir qismi) xəlifə olmağı onların haqqı bilir və üstəlik onları hər cür fəzilət sahibi bilirdi. Elə buna görə də, Əli (əleyhissəlam) övladları daima işkəncələrə məruz qalaraq xəlifələr tərəfindən əziyyət çəkir axırda da onların əli ilə şəhid olurdular.

Məmun bu qərara gəlir ki İmam Riza əleyhissəlamı öz iqamətgahı yerləşən Mərv şəhərinə gətirib, o Həzrətlə mehribancasına rəftar etsin və onun elmi-ictimai mövqeyindən istifadə etməklə yanaşı bütün işlərini nəzarət altına alsın.

(ardını izləyin)
Etiketlər :

Həzrət İmam Riza əleyhissəlamın həyatına qısa baxış