Həzrət İmam Rza əleyhissəlamın həyatına qısa bir baxış
28 November 2024
08:01
۱,۰۳۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həyata keçirilməyən vəliəhdlik məqamı
Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki, bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər.
Xilafəti imam Riza əleyhissəlama təklifində Məmunun qəsdi
Məmun başa düşmüşdü ki, hakimiyyət qarşısında yaranmış bütün çətinliklərdən çıxmaq üçün aşağıdakı təbdirləri həyata keçirməlidir:
1)–Ələvilərin qaldırdığı qiyamları yatırtmaq;
2)–Abbasilər hökumətini şəri hökumət kimi tanımaları barədə Ələvilərdən etiraf almaq;
3)–Ələvilərin camaat arasındakı hörmətini aradan aparmaq;
4)–Ərəblərin xəlifəyə etimadını doğrultmaq;
5)–Öz hökumətinin Xorasan əhalisi və eləcə də, bütün iranlılar tərəfindən qanuni hökumət kimi qəbul olunması;
Bəli Məmun İmam Riza əleyhissəlamdan həddən artıq qorxu hissi keçirir və özünü o Həzrətin təhlükəsindən amanda saxlamaq istəyirdi.
Beləliklə də, İmam Riza əleyhissəlamı vəliəhd seçib onu hakimiyyətdə şərik etməklə bütün bu məqsədlər təmin olunurdu. Çünki (Ələvilərin başında duran) İmam Riza əleyhissəlamı hakimiyyətə şərik qoşmaqla bütün Ələvilər silahlarını yerə qoyacaq şüarlarına son qoyaraq qaldırdıqları qiyamlar nəticəsində camaat arasında qazandıqları hörməti itirməli olacaqdılar. Digər tərəfdən də, Məmun Əhli-beyt (əleyhimussəlam) tərəfdarı olan xorasanlıların yanında hörmət qazanacaq və qardaşını öldürməsini belə əlaqələndirəcək ki guya hakimiyyəti onun əsl sahibinə (yəni, İmam Riza əleyhissəlama) qaytarmaq üçün qardaşını öldürmüşdür. Bunların hamısından əsası isə bu idi ki, İmam Riza əleyhissəlamı Mərv şəhərinə gətizdirib onun işlərini nəzarət altına almaqla onun təhlükəsindən amanda qalmaq təmin olunurdu. Qalırdı təkcə ərəblərlə Abbasilər ki, onlara da Məmun iranlılar və Ələvilərin köməyi ilə müqavimət göstərə bilərdi.
(ardını izləyin)