Həzrət İmam Rza əleyhissəlamın həyatına qısa bir baxış
28 November 2024
08:16
۱,۰۷۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Şübhələr və cavablar
Əldə olan fakt və sübutlar Məmunun İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi məsələsinə olan sədaqətini şübhə altına salır. Əgər Məmun doğrudan da, İmam Riza əleyhissəlamı vəliəhd seçirdisə bəs onda:
1) Nə üçün Məmun İmam Riza (əleyhissəlam) Mədinədə olarkən bu işi həyata keçirmir və onu məmurlar vasitəsilə Mərvə gətizdirir? Halbuki, o Mərvdə ola-ola İmam əleyhissəlamın adından xütbə oxuyub, özü o Həzrətin nümayəndəsi kimi İranı idarə edə bilər və İmam (əleyhissəlam) da özü nübüvvət mərkəzində qala-qala Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəlifəlik məqamına nail olardı.
2) Nəyə görə İmam əleyhissəlamı Qum yolu ilə deyil məhz çətin isti və yorucu olan Bəsrə Əhvaz və Fars şəhərlərindən, böyük Lut səhrasından Xorasan və Mərvə gələn yolla gətirilməsini əmr edir?Halbuki, Kufə və Qumda İmam Riza (əleyhissəlam) daha yaxşı qarşılanar və Məmunun zahiri məqsədi üçün daha geniş zəmin yaranardı.
3) Nəyə görə İmam əleyhissəlama xəlifəlik təklifini etdiyi ilk müzakirələrdə İmam Riza əleyhissəlamdan sonra İmam Məhəmməd Təqi əleyhissəlamı yox məhz özünü vəliəhd təyin edir? Heç olmasa bu məsələni (İmam Riza əleyhissəlamdan sonra vəliəhd təyin edilməsi məsələsini) İmam Riza əleyhissəlamın ixtiyarına buraxaydı.
4) İmam əleyhissəlamın vəliəhd olması (özü də bu şərtlə ki, o Həzrətin hökumət işlərinə heç bir qarışacağı olmayacaq) İslam ümmətini həqiqətə nə qədər yaxınlaşdıra bilərdi? Bunu da nəzərə almaq lazımdır ki İmam (əleyhissəlam) Məmundan təxminən iyirmi yaş böyük olmuş və təbii ki adi hesablamalara əsasən, o Həzrət Məmundan tez vəfat edəcək nəticədə isə hakimiyyət heç vaxt Ələvilərə çatmayacaqdı.
5) Əgər Məmun sidq ürəkdən hərəkət edirdisə bəs onda nəyə görə İmam (əleyhissəlam) vəliəhdliyi qəbul etmək istəmədikdə, onu təhdid edərək güclə vəliəhdliyi qəbul etdirir?
6) Nəyə görə İmam Riza (əleyhissəlam) (hər hansı səbəb üzündən) şəhid olduqda, Məmun eynilə İmam Riza əleyhissəlama qarşı göstərdiyi münasibəti İmam Cavad əleyhissəlama da göstərdiyi halda, onu vəliəhd təyin etmir?
7) Nə üçün Məmun böyük Fitr namazında İmam Riza əleyhissəlamı yoldan qaytarıb camaatın axınının o Həzrətə qoşulmasının qarşısını alır?
8) Nə üçün Məmun özü Mərvdən Bağdada gedərkən İmam Riza əleyhissəlamı Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o Həzrət həqiqətən də, vəliəhddirsə Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi?
Bunlar bir sıra suallardır ki, ilk baxışda ola bilər sadə görünsün ancaq bir az diqqət yetirdikdə, məlum olur ki, Məmun bu işdə heç də sidq ürəkdən addım atmayıb əksinə onu bu addımı atmağa məcbur edən başqa səbəblər olmuşdur.
(ardını izləyin)