Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
23 November 2024
21:37
۱,۳۲۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1438-ci il zil-qədə ayının 29-u və miladi 2017-ci il avqustun 22-i imamət səmasının doqquzuncu parlaq ulduzu Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (əccələllahu fərəcəhuş-şərif), eləcə də bütün mömin bacı-qardaşlara başsağlığı və təsəlli deyirik. Ümid edirik ki, Allah-taala əziz möminləri dünyada Əhli-Beytin (əleyhimussəlam) ziyarətindən və Qiyamət günü şəfaətindən məhrum etməsin, Amin ya Rəbbil-aləmin.
Əhli-Beyt əleyhimussəlamın dürəfşan kəlamlarından faydalanmaq niyyəti ilə Həzrət İmam Cavad əleyhissəlamdan bir neçə hədisi təqdim edirik:
«مَنْ أَصْغى إِلى نَاطِقٍ فَقَدْ عَبَدَهُ، فَإِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ اللَّهِ- عَزَّ وَ جَلَّ- فَقَدْ عَبَدَ اللَّهَ، وَ إِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ الشَّيْطَانِ فَقَدْ عَبَدَ الشَّيْطَانَ»
Hər kəs bir natiqə qulaq asarsa, həqiqətdə ona ibadət etmişdir. Belə olan halda, əgər həmin natiqin danışıqları Allah-taalanın buyurduqları olarsa, ona qulaq asan şəxs də Pərvərdigarı ibadət etmiş olacaqdır, amma əgər natiqin danışıqları şeytan sözləri olarsa, ona qulaq asan da şeytana ibadət etmiş sayılacaqdır.
"لا تكن ولي اللّه في العلانية، عدوّا له في السر"
Aşkarda və xalq arasında Allah-taalanın dostlarından olub, gizlində və xalqın gözündən uzaq yerdə Allah-taalanın düşmənlərindən olma. (Yəni xalq arasında riyakarlıqla yaşayıb özünü onlara Allah adamı kimi göstərib xəlvətdə şeytansifət insanlardan olma).
İltimas dua