Mübarək Zil-hiccə ayının daxil olması
28 November 2024
07:11
۱,۱۲۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Zil-hiccə ayının daxil olması
Əziz müsəlmanlar! 22-avqust şam namazından sonra hicri təqviminin 12-ci ayı Zul-hiccə ayı daxil olur.
Müsəlman aləmində ən böyük ictimai münasibətlərdən sayılan Həcc mərasiminin keçirildiyi bu əzəmətli ayda bir sıra böyük və yaddaqalan hadisələr baş vermişdir. O cümlədən, hicri-qəməri 2-ci ilində zil-hiccə ayının 1-i Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəslinin davam etməsinə səbəb olan Həzrət Əmirəl-möminin Əli əleyhissəlam ilə Həzrət Fatiməi-Zəhra əleyhasəlamın ailə qurması ən əzəmətli və faydalı hadisəkimi tarixdə qeyd edilmişdir.
Zil-hiccənin 10-cu günü ən əsas İslam bayramlarından biri olan qurbanlıq bayramıdır.
Zil-hiccənin 18-i Qədir-Xumda Allah-taalanın göstərişi ilə Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih)şəxsən İmam əli əleyhissəlamı ümmətə İmam və Xəlifə təyin edilməsi günüdür.
Zil-hiccənin 24-ü Müqəddəs Quranda qeyd edildiyi kimi Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Nəcran məsihiləri ilə mübahilə etməsi günüdür.
Bu ayın ilk 10 gününün bir neçə müstəhəbbi əməlləri vardır ki, onları sizlərlə bölüşməyi özümümüzə borc bilirik.
1-Oruc tutmaq (Qurban günündən başqa) qəza orucu olanlar “qəza” niyəti etsinlər.
2-Hər gecə məğrib və işa namazları arasında iki rəkət namaz qılmaq və hər rəkətdə "Həmd" və "İxlas"dan sonra “Əraf” surəsinin 142-ci ayəsini oxumaq:
وَ واعَدنا مُوسي ثَلاثينَ لَيلَةً وَ اَتمَمناها بِعَشرٍ فَتَمَّ ميقاتُ رَبِّهِ اَربَعينَ لَيلَةً وَ قالَ مُوسي لأَخيهِ هارونَ اخلُفني في قَومي وَ اَصلِح وَ لا تَتَّبِع سَبيلَ المُفسدِين"
3- İlk gündən “Ərəfə” gününün əsrinə qədər “sübh” namazından sonra və “məğrib” namazından əvvəl Həzrət imam Sadiqdən (əleyhissəlam) nəql edilən “Əllahümmə hazihil-əyyamülləti fəzzəltəha ələl-əyyam…” ibarəsi ilə başlayan duanı oxumaq da tövsiyə edilir. Duanın bütöv mətni “Məfatihul-cinan” kitabının “Zil-həccə ayının əməlləri” bölümündə verilmişdir.
4-Həzrət Fatimeyi-Zəhranın (əleyhasəlam) namazını qılmaq: Bu namaz iki-iki dörd rükətdən ibarətdir, belə ki, hər rükətdə “Həmd” surəsindən sonra 50 dəfə “İxlas” surəsini oxuyursan və salamdan sonra həzrət Fatimeyi-Zəhranın (əleyhasəlam) təsbihatını deyirsən. Namaz qurtarıb dua etdikdən sonra belə deyirsən:
سُبْحانَ ذِى الْعِزِّ الشّامِخِ الْمُنيفِ، سُبْحانَ ذِى الْجَلالِ الْباذِخِ الْعَظيمِ، سُبْحانَ ذِى الْمُلكِ الْفاخِرِ الْقَديمِ، سُبْحانَ مَنْ يَرى اَثَرَ الَّنمْلَةِ فِى الصَّفا، سُبْحانَ مَنْ يَرى وَقْعَ الطَّيْرِ فِى الْهَوآءِ، سُبْحانَ مَنْ هُوَ هَكَذا وَلا هُكَذا غَيْرُهُ .
“Subhanə zil izziş-şamixil munif. Subhanə zil cəlalil bazixil əzim. Subhanə zil mulkil faxiril qədim. Subhanə mən yəra əsərən-nəmləti fis-səfa. Subhanə mən yəra vəq’ət-təyri fil həva. Subhanə mən huvə hakəza və la hakəza ğəyruh.”
5- Zalimlərdən qorxuda olanlar bu ayda bu duanı oxusunlar: "Həsbi həsbi həsbi min suali elmukə bihali".
6-Zil- Həccə ayının 8 – ci günü Tərviyə adlanır. “Tərviyə” lüğətdə səfər üçün su götürmək, şəriətdə isə hacıların həccə hazırlaşması mənasını daşıyır. Həmin günü oruc tutmağın savabı çoxdur və hədislərə görə altmış ilin kəffarəsinə bərabərdir.
7-Bu ayın 9 – cu gecəsi "Münacat gecəsi" adlanır. Bu gecədə tövbələr qəbul olar. Bu gecədə İmam Hüseynin ə.s. ziyarəti savabdır.
8-Bu ayın 9 – cu günü Ərəfə günüdür və İmam Hüseynin (əleyhissəlam) Ərəfə duasını oxumaq çox savabdır. Özünü Ramazan ayında bağışlatdıra bilməyənlər bu gün bağışlanacaqlarına ümidvardırlar.
9-Bu ayın 10 – cu günü hacılar Minada qurban kəsirlər.
10- Zil-Həccə ayının ən mühüm günlərindən biri də Qədir-Xum günüdür ki, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Həcdən qayıdarkən bu adla adlanan bir məntəqədə Həzrət İmam Əlini (əleyhissəlam) öz yerində canişin olaraq Allahın əmri ilə seçdi.
11- Bu ayın 24 – də Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) öz Əhl-beyti əleyhimussəlam ilə Nəcran məsihilərinə qarşı mübahələ etməyə çıxdı. Bu haqda "Mübahilə" ayəsi nazil oldu. (Ali-İmran surəsi,ayə 61).
İltimasi dua