Ərəfə gününün müstəhəb əməlləri
28 November 2024
07:23
۱,۱۰۳
Xəbərin xülasəsi :
“Ərəfə” günü Allah-taala öz nemətlərini yer üzündə olan insanlara şamil edər və Şeytan bu gün qəzəbli və alçalmış olar. Bu günün əməlləri isə bunlardır:
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
“Ərəfə” günü islamda bayram hesab edilməsə də çox mübarək bir gündür. Zil-hiccə ayının 9-una təsadüf edən Ərəfə gününün müstəhəb əməllərini diqqətinizə çatdırırıq.
“Ərəfə” günü Allah-taala öz nemətlərini yer üzündə olan insanlara şamil edər və Şeytan bu gün qəzəbli və alçalmış olar. Bu günün əməlləri isə bunlardır:
1. Qusl.
2. Bu gün imam Hüseyn əleyhissəlamı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə).
3. Əsr namazından sonra açıq səma altında 2 rükət namaz qılmaq. Birinci rükətdə “Həmd”-dən sonra “İxlas”, ikinci rükətdə “Həmd”-dən sonra “Kafirun” surəsi oxunur.
4. Oruc tutmaq (onun zəifləməsinə və dua oxumayacağına səbəb olmayacaqsa).
5. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) təsbehi: “Subhanəlləzi fissəmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, Subhanəlləzi finnari sultanuh, Subhanəlləzi fil cənnəti rəhmətuh, Subhanəlləzi fil qiyməti ədluh, Subhanəlləzi rəfə əssəma, Subhanəlləzi bəsətəl ərzə, Subhanəlləzi la məlcə ə və la məcə ə minhu illa iləyh. Subhanəl lahi vəl həmdu lilləhi və la ilahə illəllahu vəllahu əkbər.”
6. İmam Sadiq əleyhissəlamdan zikr olunan salavat: “Allahummə inni əs əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid ya mən yəhunu bəynəl mər i və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin. Ya mən huvər rəhmanu ələl ərşistəva ya mən ləysə kəmislihi şəyun və huvəs səmiul bəsir. Əs əlikə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.”
7. “Ummu-Davud” duasını oxumaq (Dua kitablarında qeyd olunub)
8. İmam Hüseyn əleyhissəlamın “Ərəfə” günündə oxuduğu dua. (Ərəfə duası)
9. “Ərəfə” gününün sonunda bu duanı oxumaq: “Ya rəbbi, innə zunubi la təzurruk, və innə məğfirətik li la tənqusuk, fə ətini ma la yənqusuk, vəğfirli ma la yəzurruk.”, “Allahummə la təhrimni xəyrə ma indəkə lişərrin ma indi fə əntə ləm tərhəmni bi tə əbi və nəsəbi fəla təhrimni əcrəl məsaibi əla musibətih.”
“Ərəfə” gecəsini ibadətlə keçirtməyin savabı 170 il ibadətin savabı kimi qeyd olunar və bu gecədə imam Hüseyn əleyhissəlamı ziyarət etmək (Aşura ziyarəti ilə olsa belə) müstəhəbdir.
Mənbə:
Məfatihul-cinan, Şeyx Abbas Qummi