Qədir-Xum hadisəsi və Haqq İmamla birləşmə
28 November 2024
04:56
۱,۰۵۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Qədir-Xum hadisəsi və Haqq İmam (əleyhissəlam) ətrafında birləşmə
Vəhdətin son məqsədi həqiqətlərdən uzaqlaşmaq deyil, əslində vəhdət özü həqiqətə doğru gedən yoldur. “İtisam” (Ali-İmaran 103) ayəsi İslam məzhəbləri arasında birliyin meyarını təyin etməklə, son dərəcə əhəmiyyətli bir sirrin üstünü açır. Belə ki, müxtəlif məzhəblər arasında mövcud olacaq bu birlik, Allah ipindən yapışmadan müyəssər olmur. İlahi ipdən yapışmaqla islam ümməti pərakəndəlikdən və bədbəxtlik bataqlığına düşməkdən, eləcə də məhvedici fitnələrdən yaxa qurtarır.
Ayədə “vəhdət” mərkəzini bildirən “həbl” (ip, kəndir) sözünün olması, diqqəti özünə cəlb edir. Sözsüz ki, bu kəndirin iki tərəfi vardır: biri ümmət, o biri isə uca yaradandır. Bu ip yerlə göy, insanla qeyb aləmi arasında vasitədir. Deməli, vəhdət və birlik çərçivəsinin bu qütbü qeyb və “mələkut” aləminə birləşik olmalı, bununla da müşahidə dünyası ilə qeyb aləmi (dünya və axirət) arasında əlaqə zəncirinə çevrilməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, vəhdət gəmisi, heyvani istəklər körpüsündə yan almamalı, həqiqət və reallıq limanında lövbər salmalıdır. Bir sözlə, heyvani istəklər dairəsində toplaşmaq deyil, haqq və həqiqət ətrafında müttəfiq olmaq nəzərdə tutulur.
Buna əsasən demək olar ki, “həqiqət” xalqın istəyinə heç bir bağlantısı olmayan, müstəqil reallıqdır. Həqiqəti taparaq kütləvi surətdə ondan yapışmaq xalqın öz öhdəsinədir. Yəni xalq həqiqəti qavradıqdan sonra, özlərini ona uyğunlaşdıraraq bir araya gəlməlidir. Demək, “həqiqət” xalq ittifaqının məhsulu deyil. Belə ki, ümmətin hər hansı bir məsələdə yekdil olmasından haqq, onların bir məsələdən üz çevirmələrindən isə batil doğulmur. Necə ki, İmam Hüseyn (əleyhissəlam) müsəlmanların birliyini yararaq Yəzidin əleyhinə qiyam etdi. O həzrət özü bu barədə belə buyurur:
انما خرجت لطلب الاصلاح فی امة جدی اريد ان آمر بالمعروف و انهی عن المنکر
)“Mən babamın ümmətinin islahı yolunda qiyam etdim. Mənim məqsədim insanları doğru səmtə çəkərək, pis yoldan uzaqlaşdırmaqdır".[1]
Əgər həqiqət, ümmətin müttəfiqliyi ilə ölçülürsə, burada artıq islaha ehtiyac duyulmur. İslah və doğru yola yönəldərək pisliklərdən çəkindirmək həqiqətin öz mahiyyətinin xalq toplusundan kəsb olunmaması müddəasını sübut etmək üçün ən güclü dəlildir. Əslində xalq özünü həqiqətə təqdim etməli və onunla müvafiq şəkildə uzlaşmalıdır. “İtisam” ayəsinin şərhində gələn hədisələrə müraciət etməklə görürük ki, Allahın ipi, insanı tam arxayınlıqla uca tanrıya çatdıran məsum imamlardır.
İbn Həcər Heytəmi bu ayəni, Əhli-beyt (əleyhimussəlam) haqqında nazil olmuş ayələr sırasında gətirmişdir.[2] Habelə “Səqəleyn” hədisini bu ayənin (“İtisam” ayəsi) izahedicisi adlandırmaq olar. Çünki o hədisdə Allahın Rəsulu (sallallahu əleyhi və alih) möminləri Quran və Əhli- beyt (əleyhimussəlam) adlı iki qiymətli gövhər ətrafında toplaşmağa çağırır. Bununla isə, onların həqiqət səmtinə yönəlib, azğınlıqdan yaxa qurtarmasını bəyan edir.
Əbu Cəfər Təbəri “İtisam” ayəsini təfsir edərkən belə deyir: “İtisam” dedikdə bir şeydən yapışaraq əl götürməmək nəzərdə tutulur, çünki ip elə bir şeydir ki, insanı məqsədə çatdırır.[3]
Başqa bir tərəfdən bu hədisin bir sıra yazılarında “İtisam” sözü işlənmişdir. Nümunə olaraq İbn Əbu Şeybənin Peyğəmbərdən “Səqəleyn” hədisini nəql etməsini göstərmək olar. Burada göstərilir ki, Peyğəmbər (sallallahu əleyhi və alih) belə buyurdu:[4]
انی ترکت فيکم ما لن تضلو ان اعتصمتم به کتاب الله و عترتی...
Elə bu səbəbdən təfsir və hədis alimləri “Səqəleyn” hədisini “İtisam” ayəsinin izahında gətirirlər.
Hakim Həskani birbaş İslam Peyğəmbərindən (sallallahu əleyhi və alih) belə nəql edir:
من احب ان يرکب سفينه النجات و يتمسک بالعروه الوثقی و يعتصم بحبل الله المتين فليوال عليا ولياتم بالهدات من ولده
“Nicat tapmış gəmiyə minmək, sarsılmaz kəndirdən yapışmaq və Allahın ipindən əl götürməməyi istəyən şəxs, Əlinin (əleyhissəlam) vilayətini qəbul edib, onun hidayətçi övladlarının ardıcılı olmalıdır.”
Yekun olaraq deyə bilərik ki, ayə və onun izahında gəlmiş hədislər şəffaf şəkildə göstərir ki, Əhli-beyt, İslam xalqlarını öz ətrafına toplayan mərkəzi nöqtə, imamət və vilayətə dair müzakirə isə, əslində Quran və hədislərin təkidlə vurğuladığı vəhdətin mərkəzi oxu və meyarından söhbət etməkdir.
Hakim Neyşaburi, İbn Abbas vasitəsi ilə Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir:[5] “Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimi ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir.
Əgər ərəb qəbilələrindən bir qrup onlarla qarşı-qarşıya durarsa, öz aralarında fikir ayrılığı düşər və şeytan dəstəsinin bir üzvünə çevrilərlər”. Həmçinin Əbuzərin barəsində belə nəql edir ki, o, Kəbənin kənarında dayanaraq əlləri ilə Kəbənin qapısından tutub belə dedi: "Ey camaat məni tanıyanlar tanıyır, kimsə məni tanımırsa, mən Əbuzərəm. Allah Rəsulundan (sallallahu əleyhi və alih) eşitdim ki, buyurdu:
“Mənim Әhli- beytim, Nuhun gəmisi kimidir, ona minən nicat tapar və hər kəs ondan üz döndərsə, (dənizdə) qərq olar”.[6] Sonra isə hər iki hədisi səhih hesablayır.