Aşura hadisəsinin təhlillərindən (ardı)
28 November 2024
05:19
۱,۰۳۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Aşura vaqiəsinin təhlillərindən
Müsrif ibn Uqbə Mədinə əhalisinə hakim olduqdan sonra əhalidən Yezidin qulu adı ilə beyət və razılıq alır. Hər kəs bu rəzilliyi qəbul etməsə onu qətlə yetirir. Bu faciədə mühacir və ənsardan 1700 səhabə və digər müsəlmanlardan on min insan qətlə yetirilir.
İbn Əbil Hədid yazır: Şam ordusu qoyun başı kəsən kimi Mədinə əhlinin başını kəsirdilər. O qədər qan axıtmışlar ki, yol getdikdə insanın ayaqları qana batırdı. Mühacir və ənsarın övladlarını və Bədr döyüşünün mücahidlərini qətlə yetirdilər. Sağ qalan kəslərdən isə Yezidə qul olmaq beyəti aldılar. (Nəhcul-bəlağənin şərhi, 3-cü cild, səh. 259)
Bu faciədə müsəlman qadınları böyük hörmətsizliyə və təcavüzə məruz qalmışlar. Müsrif ibn Uqbə şəhərin qadınlarını da öz əsgərlərinə mübah elan etmişdir.
Tanınmış əhli-təsənni alimi Cəlaləddin Siyuti yazır: Həsən Bəsri bu faciəni belə yad edir: And olsun Allaha! Bu faciədən heç kəs xilas olmadı; orada Peyğəmbər (sallallahu əleyhi və alih) səhabələrindən və digər müsəlmanlardan böyük bir dəstə qətlə yetirildi. Mədinə şəhəri qarət oldu, min qız uşağına təcavüz etdilər. Sonra kədər və təəssüflə deyir: “إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ” – Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq!
Sonra sözünə davam edib deyir: Bütün bunlar elə bir halda baş vermişdir ki, Allahın Rəsulu (sallallahu əleyhi və alih) buyurub:
" مَنْ اَخَافَ اَهْلَ الْمَدِينَهِ اَخَافَهُ اللهُ وَ عَلَيْهِ لَعْنَهُ اللهِ وَ الْمَلاَيِکَهِ وَ النَّاسِ اَجْمَعِينَ "
Yəni hər kəs Mədinə əhlini qorxudarsa, Allah-taala ona qəzəb edəcəkdir. Allahın, mələklərin və bütün insanların lənəti ona olsun! (Tarixi xüləfa, səh. 233)
Amma Yezid ibn Muaviyənin ürəyinin yanğısı Hərrə faciəsi ilə də toxtamadı. Tanınmış əhli-təsənni tarixçisi İbn Əsir yazır: Müslim ibn Uqbə Mədinə əhlini qarət edib qətlə yetirdikdən sonra öz qoşunu ilə birlikdə Abdullah ibn Zubeyr ilə döyüşmək üçün Məkkəyə tərəf yollandı. (Məkkə şəhərinə yetişməmiş) Muşəllil adlanan bir yerə çatdıqda ölüm onu haqlayır. Ondan sonra Hosayn adlı başqa bir şəxsin sərkərdəliyi ilə qoşun Məkkəyə tərəf yollanır. Şəhərə çatdıqda orada iqamət edirlər, məhərrəm ayının qalan hissəsini və səfər ayını, həmçinin rəbiul-əvvəl ayından üç günü orada İbn Zübeyr və onun tərəfdarları ilə vuruşur. Bu əsnada Kəbəni mancanaqla daş-qalaq edib atəşə tutur. (Əl-Kamil- İbn Əsir; 3-cü cild, səh. 316; Əl-Bidayə vən-nəhayə, 8-ci cild, səh. 246; Tarixi Təbəri, 4-cü cild, səh. 381-382)
İbn Quteybə yazır: Hosayn ibn Numeyr Məkkə şəhərinə çatdıqda bir qrup atlını Məkkənin aşağı tərəfini ələkeçirmək üçün göndərdi. Orada döyüş vəsilələrini və mancanaqları möhkəmləndirib öz ləşkərinə əmr etdi ki, hər gün on min qaya daşını Kəbəyə atsınlar. (Əl-İmamət vəs-siyasət, 2-ci cild, səh. 12; Şəzəratuz-zəhəb-İbn İmad Hənbəli, 1-ci cild, səh. 287)
Siyuti “Tarixi xüləfa” kitabında yazır: Yezid Mədinə əhli ilə o işləri edəndən sonra “Hərrə” qoşunu İbn Zubeyr ilə döyüşmək üçün Məkkəyə doğru hərəkət etdi. Ora çatdıqda Zubeyrin oğlunu mühasirə etdi və onunla döyüşə başlayıb mancanaqla daşqalaq etdi. Onların atəşinin şöləsindən Kəbənin tavanı, pərdələri və ... od tutub yandı... (Tarixi xüləfa, səh. 209; Əxbar Məkkə-Əzrəqi, 1-ci cild, səh. 202)
(ardını izləyin)