Həzrət Əli ibn Huseyn (Səccad) əleyhissəlamın şəhadəti
28 November 2024
04:53
۱,۲۴۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Kərbəla inqilabının carçısı
Nicri-qəməri 1439-cu il Məhərrəm ayının 25-i, milady 2017 –ci il oktyabr ayının 16-ı İmamət səmasının dördüncü parlaq ulduzu həzrət İmam Zeynul- abiding əleyhissəlamın bəzi rəvayətlərə görə şəhadət tarixidir. Bu böyük və qəmli müsibəti ilk öncə həzrət Sahib əz-Zaman əleyhissəlama, sonra da bütün şiələrə təsəlli və başsağlığı deyirik.
Həzrət İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş atasının şəhadətindən sonra Əhli-beyt (əleyhimussəlam) əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
Faciəli Aşura hadisəsindən sonra məlum oldu ki (İslam aləmində hamı tərəfindən əzəmətlə etibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz.
Görkəmli tarixçi Məsudi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü. (İsbatul-vəsiyyət, 167)
Onuncu əsrin ortalarının görkəmli alimlərindən və hədisçilərindən biri və həm də İmam Cavad (əleyhissəlam) İmam Hadi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccad əleyhissəlamın İmamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr Səid ibn Müsəyyib Məhəmməd ibn Cübeyr ibn Mutim Yəhya ibn Ummut-Təvil və Əbu Xalid Kabili.[1]
İmam Səccad əleyhissəlamın İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Deyirlər ki Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.[2]
Süyuti və İbn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü) camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.[3]
İmam Səccad (əleyhissəlam) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: “Nə çox düşmənlər vardır ki düşmənçilik qılıncını mənə qarşı sivirmiş qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər. Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər.
İlahi çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.”[4]