Aşura hadisəsinin təhlillərindən (ardı)
28 November 2024
05:10
۱,۰۷۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Aşura hadisəsinin təhlillərindən
Beləliklə, İslam dini barəsində tədqiq aparan hər bir savadlı və insaflı şəxs gərək ilk növbədə İslam dinindən əvvəl insanların yaşayış tərzini, yeni zühur etmiş dinin hansı təbəqələrin mənafei ilə təşkil etdiyi ziddiyyəti, şəxsi mənafelərə xatir İlahi dinin qarşısına sədd çəkərək İslamın gövdəsinə vurulan əvəzedilməz zərbələri, İlahi vəhyin və Allah-taalanın xatəm Peyğəmbərinin (sallallahu əleyhi və alih) müdafiəsi yolunda bir an belə tərdid etmədən bütün varlığı və tam qüvvəsi ilə mücahidlik edən insanları, müsəlmanların həmrəyliyi və inkişafı naminə Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) buyurduğu nəsihətamiz tövsiyələri və vəsiyyətlərini təfsilatla araşdırıb qavrasın.
İkinci: Müsəlmanlar arasında Allah Rəsulunun (sallallahu əleyhi və alih) vəfatından dərhal sonra o Həzrətin vəsiyyətlərinə etinasızlıq göstərib xəlifəlik uğrunda çəkişmələr baş verdi. Bir çoxları açıq-aşkar, bəziləri də məxfi şəkildə mürtəd olub cahillik dövrünün yaşayış tərzinə qayıtdılar. İyirmi üç il ərzində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurduğu hədisləri toplayıb yandırdılar. Hansı ki, bu hədislər Qurani-kərimdən sonra bütün dini məsələlərin ikinci əsas mənbəyi, eləcə də Allah kəlamının təfsiri və bəyanıdır. Allah-taala buyurur:
"...وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ"
“Biz sənə Quranı nazil etdik ki, insanlara onlara göndərilənləri (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk dələr!”[1]
Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəzifələrindən biri Qurani-kərimin mübarək ayələrini insanlara izah və bəyan etmək olmuşdur. Amma təəssüflər olsun ki, Həzrətin vəfatından yüz il sonraya, bəzilərinin dediklərinə görə daha artıq müddətə qədər Peyğəmbər (sallallahu əleyhi və alih) hədislərini dilə gətirib təbliğ etmək qəti qadağan edildi. Dini əsir etdilər, elm qapısını bağladılar, “Zülfiqar”ı qilafında həbs etdilər, Əhli-beyt barəsində Qurani-kərimin və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) göstərişlərindən çıxdılar, vəhy mələyinin nazil olduğu evin hörmətini sındırdılar, elmi məsələlərin dərkində və İslam döyüşlərinin fəthində heç bir işıqlı mövqeyi və fateh nişanəsi olmayan insanlar mənsəb nərdivanı ilə yuxarı məqamlara dırmaşdılar. Nəticədə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanların aqibəti üçün qorxduğu və onları xəbərdar etdiyi vəziyyət yarandı, necə ki, buyurur:
“ إِنِّی لَا أَخَافُ عَلَی أُمَّتِی مُؤْمِناً وَلَا مُشْرِکاً؛ أَمَّا الْمُؤْمِنُ فَيمْنَعُهُ اللَّهُ بِإِيمَانِهِ، وَأَمَّا الْمُشْرِکُ فَيقْمَعُهُ اللَّهُ بِشِرْکِهِ. وَلکِنِّی أَخَافُ عَلَيکُمْ کُلَّ مُنَافِقِ الْجَنَانِ، عَالِمِ اللِّسَانِ، يقُولُ مَا تَعْرِفُونَ، وَيفْعَلُ مَا تُنْکِرُونَ”<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
“Müsəlaman ümmətim üçün nə mömin və nə də müşrik insandan qorxum və nigəranlığım vardır. Çünki Allah-taala mömin insanı imanı ilə (cəmiyyətə vuracağı zərərdən) saxlayacaq, müşriki isə şirk etməsi xatirinə aradan aparacaqdır. Amma ikiüzlü münafiqin sizə yetirəcəyi xətərdən qorxuram: dildə alimanə və cəlbedici danışıqlıdır, lakin əməl və rəftarda isə nifaqçı və münkirdir (mərufdan danışar, amma əməlləri dinsizin əməlidir).”[2]