Aşura hadisəsinin təhlillərindən (ardı)

28 November 2024

04:55

۱,۱۲۴

Xəbərin xülasəsi :
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:
“Müsəlman ümmətim üçün istər mömin, istərsə də müşrik insandan qorxum və nigəranlığım yoxdur. Çünki Allah-taala mömin insanı imanı ilə (cəmiyyətə vuracağı zərərdən) saxlayacaq, müşriki isə şirk etməsi xatirinə aradan aparacaqdır. Amma ikiüzlü münafiqin sizə yetirəcəyi xətərdən qorxuram: dildə alimanə və cəlbedici danışıqlıdır, lakin əməl və rəftarda isə nifaqçı və münkirdir (mərufdan danışar, amma əməlləri dinsizin əməlidir)
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəzifələrindən biri Qurani-kərimin mübarək ayələrini insanlara izah və bəyan etmək olmuşdur. Amma təəssüflər olsun ki, Həzrətin vəfatından yüz il sonraya, bəzilərinin dediklərinə görə daha artıq müddətə qədər Peyğəmbər (sallallahu əleyhi və alih) hədislərini dilə gətirib təbliğ etmək qəti qadağan edildi. Dini əsir etdilər, elm qapısını bağladılar, “Zülfiqar”ı qilafında həbs etdilər, Əhli-beyt barəsində Qurani-kərimin və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) göstərişlərindən çıxdılar, vəhy mələyinin nazil olduğu evin hörmətini sındırdılar, elmi məsələlərin dərkində və İslam döyüşlərinin fəthində heç bir işıqlı mövqeyi və fateh nişanəsi olmayan insanlar mənsəb nərdivanı ilə yuxarı məqamlara dırmaşdılar. Nəticədə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanların aqibəti üçün qorxduğu və onları xəbərdar etdiyi vəziyyət yarandı, necə ki, buyurur:

 إِنِّی لَا أَخَافُ عَلَی أُمَّتِی مُؤْمِناً وَلَا مُشْرِکاً؛ أَمَّا الْمُؤْمِنُ فَيمْنَعُهُ اللَّهُ بِإِيمَانِهِ، وَأَمَّا الْمُشْرِکُ فَيقْمَعُهُ اللَّهُ بِشِرْکِهِ. وَلکِنِّی أَخَافُ عَلَيکُمْ کُلَّ مُنَافِقِ الْجَنَانِ، عَالِمِ اللِّسَانِ، يقُولُ مَا تَعْرِفُونَ، وَيفْعَلُ مَا تُنْکِرُونَ

“Müsəlman ümmətim üçün istər mömin, istərsə də müşrik insandan qorxum və nigəranlığım yoxdur. Çünki Allah-taala mömin insanı imanı ilə (cəmiyyətə vuracağı zərərdən) saxlayacaq, müşriki isə şirk etməsi xatirinə aradan aparacaqdır. Amma ikiüzlü münafiqin sizə yetirəcəyi xətərdən qorxuram: dildə alimanə və cəlbedici danışıqlıdır, lakin əməl və rəftarda isə nifaqçı və münkirdir (mərufdan danışar, amma əməlləri dinsizin əməlidir).”[1]

Həqiqətən, görəsən İslamın ilkin çağından iyirmi ilə qədər müsəlmanlara qarşı ən şiddətli və amansız düşmənçilik edən, möminləri qətlə, qarətə, işgəncəyə məruz qoyan, onları öz ata-baba yurdundan və el-obasından uzaqlara didərgin salan Əbu Sufyan tayfasının həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından cəmisi bir neçə il sonra müsəlmanlara hakim təyin edilmələri hansı meyarlara və dəyərlərə əsaslanmışdır. Necə olur ki, yeniyetmə çağından İslamın qüvvətləndiyi zamana qədər dinin və sevimli Peyğəmbərin (sallallahu əleyhi və alih) müdafiəsində misilsiz rəşadəti olan həzrət Əlinin (əleyhissəlam) bütün müsəlmanların arzusuna çevrilən iftixarlı fəzilətlərini bu qısa müddətdə saya almırlar, amma müqabilində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatının son üç ilində, o da yalnız məğlub edildikdən sonra, naçarlıq üzündən İslama tabe edilən Əbu Sufyan oğlu Muaviyənin müsəlmanlara hakim olmaq təyinnaməsini imzalayırlar?

[1] “Nəhculbəağə”, 27-ci məktub.

(ardı var)

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)