Aşura hadisəsinin təhlillərindən (ardı)

28 November 2024

03:00

۱,۰۹۱

Xəbərin xülasəsi :
Təbəri öz tarix kitabında yazır: “(Yezid bu şerini deyərək) öz küfrünü və şirkini açıq-aşkar izhar etdi... Bunun mənası İslam dinindən xaric olmaqdır. Belə sözləri dilə gətirən şəxs Allah-taalaya, Onun dininə, kitabına və Peyğəmbərinə (sallallahu əleyhi və alih) heç bir rəğbəti yoxdur. Nə Allaha iman gətirmişdir, nə də Allah tərəfindən gələn vəhyə. Amma ən şiddətli həlakət və ən əzəmətli haqsızlıq (Yezidin) Rəsuləllahın (sallallahu əleyhi və alih) qızı Fatimənin və Əlinin oğlu Huseynin qanını tökməsidir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Təbəri öz tarix kitabında yazır: “(Yezid bu şerini deyərək) öz küfrünü və şirkini açıq-aşkar izhar etdi... Bunun mənası İslam dinindən xaric olmaqdır. Belə sözləri dilə gətirən şəxs Allah-taalaya, Onun dininə, kitabına və Peyğəmbərinə (sallallahu əleyhi və alih) heç bir rəğbəti yoxdur. Nə Allaha iman gətirmişdir, nə də Allah tərəfindən gələn vəhyə. Amma ən şiddətli həlakət və ən əzəmətli haqsızlıq (Yezidin) Rəsuləllahın (sallallahu əleyhi və alih) qızı Fatimənin və Əlinin oğlu Huseynin qanını tökməsidir. Huseyn ibn Əlinin (əleyhiməssəlam) Peyğəmbər (sallallahu əleyhi və alih) yanında olan mövqesi, dini məqamı və fəziləti, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) onun və qardaşı barəsində – “Cənnət əhlinin cavanları” – deyə, şəhadət verməsi məlum olduğu halda (onu qətlə yetirmək) Allah-taalaya hörmətsizlik və Onun dininə küfr etmək, Peyğəmbərinə (sallallahu əleyhi və alih) ədavət bəsləmək, Əhli-Beyti ilə vuruşaraq hörmətini sındırmaq deməkdir. Həzrət Huseyni (əleyhissəlam) qətlə yetirməklə sanki dini olmayan kafir insanları qətlə yetirmişdir. Nə Allahın əzabından qorxmuş və nə də intiqamından çəkinmişdir. Ona görə də Allah-taala onun ömrünü azaltmış, səltənətini aradan aparmış, nəslini və kökünü kəsmişdir. Mürtəkib olduğu bu günah və məsiyətə görə, Allah-taala ona öz qazandığı əzab və cəza təyin etmişdir.”[1]

Beləliklə, Allah-taala ilə düşmənçilik edən bu üç cinayətkara hörmətlə yanaşan bir insanı necə müsəlman adlandırmaq olar? Allaha, Onun Rəsuluna (sallallahu əleyhi və alih) və şərafətli Əhli-Beytinə (əleyhimussəlam) qarşı zülm və cəfanı rəva bilən kəslərin Qurani-kərimə və Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsinə vəfa etmələri qəbuledilməzdir. Odur ki, həzrət Əmirəl-möminin (əleyhissəlam) daimən öz arxadaşlarına buyurardı:

"فَوَ الَّذِي فَلَقَ الْحَبَّةَ وَ بَرَأَ النَّسَمَةَ مَا أَسْلَمُوا وَ لَكِنِ اسْتَسْلَمُوا وَ أَسَرُّوا الْكُفْرَ فَلَمَّا وَجَدُوا أَعْوَاناً عَلَيْهِ أَظْهَرُوه"

“Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (onlar) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) (qəlblərində olan) küfrü  gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar.”[2]

 

[1] “Tarixi Təbəri”, 8-ci cild, səh. 187

[2] “Nəhcul-bəlağə”, 16-cı məktub.

(ardı var)


Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)