Aşura hadisəsinin təhlillərindən (ardı)
28 November 2024
03:13
۱,۲۹۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Aşura hadisəsinin təhlillərindən
Doğru olaraq demişlər ki, zalıma haqq qazandıran özü də onun zülmünə şərikdir. Əgər bu əzəmətli zülmü və faciələri törədən insanlara haqq qazandırmaq mümkünsə, onda cənnət və cəhənnəmin varlığı öz mahiyyətini itirər və kiminsə “əl-əmru bil məruf vən- nəhyu ənil munkər” hökmünə əməl edib bir sıra insanlara qarşı barışmaz mövqe tutmaları əqli baxımdan mənasız qiymətləndirilər. Halbuki Allah-taala müqəddəs Quranında bütün insanları zülm və fəsadla mübarizə aparıb, məzlumun müdafiəsinə qalxmağı əmr etmişdir. Əgər Bəni-Üməyyənin padşahlıq və hakimiyyətə çatmaq hiylələri nəticəsində minlərlə günahsız müsəlmanın qanları axıdılırsa, görəsən, bunu ictimai fəsad və zülm adlandırmaq zəruri deyilmi? Görəsən, ayrı-ayrı zamanlarda Əbu Sufyan nəslinin Haşimilərin başına gətirdikləri müsibətlər arasında məntiqi əlaqə yoxdurmu? Görəsən, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra bir çoxları yenidən cahiliyyət dövrünün ən-ənələrinə qayıdaraq müsəlmanlar arasında parçalanma və düşmənçilik bahasına olsa da belə, öz nəfsi istəklərinə çatmaq və mülkədarlıq etmək sevdasına düşməmişlərmi?[1] Xəlifəlik iddiası edənlərin müsəlmanların haqq-hüququna, irz-namusuna, mal-dövlətinə təcavüzünü Allaha, Peyğəmbərə itaətsizlik və dinsizlik kimi qiymətləndirmək doğru olmazmı? Görəsən, “Ancaq Quran bizə kifayətdir!” şüarı ilə ümmətin əmin-amanlığı üçün Peyğəmbərin (sallallahu əleyhi və alih) buyuracağı vəsiyyətə ehtiyac yoxdur deyib, onun yazılmasına maneçilik göstərən xəlifəlik arzusunda olanların vəsiyyətləri ümmətə uğur və xoş aqibət gətirdimi?[2] Yezidin layiq olmadığını bilə-bilə onun xəlifəliyi üçün hiylə və qorxu altında müsəlmanlardan beyət tələb edənin haqqında: “Allah ondan razı olsun!” – deyə, dua və Beheşt arzusu etmək ixlasa uyğundurmu? Başqa sözlə desək, Allahın evini daşqalaq edib oda çəkənin xəlifəliyinə israr edən insan üçün Allah dərgahında məqam və mənsəb istəmək Allahın razılığına müvafiqdirmi? Görəsən, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beyti ola-ola o Həzrətin sünnəsini Bəni-Üməyyədən əxz edənləri “əhli-sünnə” adlandırmaq həqiqətə müvafiqdir? Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurduğu: “Mən elmin şəhəriyəm, Əli də onun darvazasıdır və hər kəs elm şəhərinə gəlmək istəsə, gərək onun darvazasından daxil olsun!”[3] hədisinin məna baxımından mütəvatir olmasında müsəlmanlar müttəfiq fikirdə olduqları halda Peyğəmbərin (sallallahu əleyhi və alih) sünnəsini həzrət Əli (əleyhissəlam) ilə düşmənçilik edənlərdən əxz etmək zülmün bariz nümunəsi deyilmi? Ömrünün uzun illərini cahiliyyətdə və bütpərəstlikdə keçirənləri Allahın müqərrəb mələyinin nəvazişi altında dünyaya gələn, Peyğəmbər (sallallahu əleyhi və alih) ədəbi ilə tərbiyələnən bir şəxsiyyətə müqəddəm etmək zülm və haqsızlıq deyilmi?..
Allah-taala müqəddəs Quranda buyurur:
"وَلاَ تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لاَ تُنْصَرُونَ"
“Zülm edənlərə (meyl göstərib) söykənməyin, yoxsa sizi atəş bürüyər, halbuki sizin Allahdan başqa himayədarınız yoxdur. Sonra sizə kömək olunmaz!”[4]
[3] “Əl-mənaqibu li İbn Şəhr Aşub”, cild-2, səh. 34; “Əl-mustədrəku ələs-səhihəyn”, cild-3, səh. 138, hədis-4639; “Əl-mənaqibu libnil-Məöazili”, səh. 80, hədis-120; “Əl-mucəmul-kəbir”, cild-11, səh. 55, hədis-11061; “Tarixi Bəğdad”, cild-4, səh. 348, hədis-2186; “Tarixu mədinətud-Dəməşq”, cild-42,səh. 379, hədis-8977; “Usdul-ğabə”, cild-4, səh. 95, hədis-3789; “Əl-istiab”, cild-3, səh. 205, hədis-1875 və...