Həzrət İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti
28 November 2024
03:08
۱,۱۸۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hizcri-qəməri 1439-cu il rəbiul-əvvəl ayının 8-i, miladi 2017-ci il noyabrın 27-si həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəh) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın şəhadət günüdür. Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin istəkli oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün dini alimlərə və Əhli-beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.
Mötəbər xəbərlərə əsasən, həzrət imam Həsən Əsgəri əleyhissəlam hicri 260-cı il cümə günü rəbiul-əvvəl ayının 8-i sübh namazı çağında əbədi həyata qovuşmuşdur. Həzrət imam Həsən Əsgəri əleyhissəlamın iyirmi doqquz və ya iyirmi səkkiz yaşı və imamət dövrü altı il olmuşdur.
İbn Babəvəyh və başqaları demişlər ki, Abbasi xəlifəsi Mötəmid o həzrətə zəhər verdirmiş və şəhadətə çatdırmışdır. Uyunul-möcuzat kitabında Əhməd ibn İshaqdan rəvayət edilir ki, bir gün həzrət imam Həsən Əsgəri əleyhissəlamın xidmətinə getdim. Həzrət buyurdu: Məndən sonra kimin imam olması barəsində xalqın şəkk və şübhəsi ilə bağlı fikirlər necə oldu?
Dedim: Ey Peyğəmbər oğlu! Seyyidimiz və Sahibimizin dünyaya gəliş xəbəri Quma çatdıqda kiçikli-böyüklü bütün Qum şiələri hamılıqla o cənabın imaməti barəsində etiqada çatdılar. Həzrət buyurdu: Məgər Allah-taalanın xalq üzərində hüccəti olan məsum imamın yer üzündən heç vaxt getməyəcəyini bilmirsənmi?
Həzrət İmam Həsən Əsgəri əleyhissəlam hicri 259-cu ildə öz anasını Məkkə şəhərinə həccə göndərdi və ona gələn il öz vəfatı, eləcə də vəfatından sonra vaqe olan fitnələr barəsində xəbər verdi. Sonra Allahın ismi-əzəmini, Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) irs çatan əşyaları; silah və kitabları həzrət Sahibul-əmrə (əleyhissəlam) təslim etdi.[1]
Həzrət imam Həsən Əsgəri buyurur:
» حُبُّ الاَبْرارِ لِلاَبْرارِ ثَوابٌ لِلاَبْرارِ، وَ حُبُّ الْفُجّارِ لِلاَبْرارِ فَضيلَةٌ لِلاَبْرارِ، وَ بُغْضُ الْفُجّارِ لِلاَبْرارِ زَيْنٌ لِلاَبْرارِ، وَ بُغْضُ الاَبْرارِ لِلْفُجّارِ خِزْيٌ عَلَي الْفُجّارِ. «
“Yaxşı insanların yaxşı insanlara məhəbbət bəsləmələri, onlar üçün savabdır; pis insanların yaxşılara məhəbbəti yaxşılar üçün fəzilətdir; pis insanların yaxşılarla düşmənlik etmələri, yaxşılar üçün zinətdir; yaxşıların pislərlə düşmənçiliyi, pislərin rüsvayçılığıdır.”