Qəlbin Allaha təvəccöh edib üz gətirməsinin nişanələri

28 November 2024

02:56

۱,۰۸۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

 

Bismilləhir-Rəhmanir-Rahim

Həzrət Baqir əleyhissəlam həmin rəvayətin davamında buyurur:

وَ أَظَلَّتْهُ الرَّحْمَةُ مِنْ فَوْقِ رَأْسِهِ إِلَى أُفُقِ السَّمَاءِ

Onu Öz rəhmət çətrinin altına alar. Bu rəhmət çətri namazqılanın başı üzərindən səmanın üfüqünə qədər olan dairəni əhatə edər. Bu ifadə kinayədir ki, Allah Öz rəhmət yağışını namaz qılan şəxsə nazil edər.

وَ الْمَلَائِكَةُ تَحُفُّهُ مِنْ حَوْلِهِ إِلَى أُفُقِ السَّمَاءِ

Mələklər səmanın üfüqünə qədər onun ətrafını əhatə və hifz edərlər.

وَ وَكَّلَ اللَّهُ بِهِ مَلَكاً قَائِماً عَلَى رَأْسِهِ

Allah onun başı üzərində xüsusi bir mələk qərar verər.

يَقُولُ لَهُ أَيُّهَا الْمُصَلِّي لَوْ تَعْلَمُ مَنْ يَنْظُرُ إِلَيْكَ وَ مَنْ تُنَاجِي مَا الْتَفَتَّ وَ لَا زِلْتَ مِنْ مَوْضِعِكَ أَبَدا"

O mələk bu namaz qılana deyər: əgər kimin sənə nəzər salmasından və kiminlə münacat etdiyindən xəbərdar olsaydın bu əməlini heç zaman tərk edib öz yerindən hərəkət etməzdin.[1]

Deməli, qəlbin diqqət verib üz gətirməsi, Allah təbarək və təalanın insana nəzər salmasına səbəb olur. Bu cümlə İmam Xomeyninin (Allahın rizvanı ona olsun) sözlərində gəlibdir ki, buyurur: “Haqqın bəndəyə bu nəzər salmasında Allah bilir ki, necə kəramətlər və nurlar vardır: hansı ki, bəşərin ağlı onu olduğu kimi dərk etməz və heç bir şəxs onu qəlbindən keçirə bilməz.”[2]

Allahın insana nəzər salması bir insanın başqa birisinə diqqət yetirməsi kimi deyildir, məsələn, ölkə başçısının xalqa diqqət verməsinə bənzəməz, aləmin birinci şəxsinin insana nəzər etməsi kimi də deyildir. Onun nəzər salması bunların heç biri ilə müqayisə oluna bilməz. Demək, insan namazını hüzuri-qəlblə qılsa və Allah təbarək və təalaya təvəccöh edib üz gətirsə, Allah ona nəzər salıb üz gətirər və Onun nəzər salmasında bütün səadətlər, bütün həqiqətlər və rəhmətlər vardır, insanın üzünə bütün qapılar açılar. Heç mümkündürmü, Allah insana nəzər salıb üz gətirsin, amma bu nəzərin əsəri olmasın? İnsan İlahinin yalnız bir nəzəri sayəsində çox-çox elmi həqiqətlərə nail olar və böyük çətinliklərin həllinə çatar. Bəs, gəlin Haqq təbarək və təalaya namazda mütəvəcceh olaq və Ona üz gətirək.

(ardını izləyin)

[1] Əl-Kafi, 3-cü cild, səh. 265; Biharul-ənvar, 81-ci cild, səh. 260.

[2] Sirrus-səlat (Meracus-salikin), səh. 27.

 

Etiketlər :

Qəlbin Allaha təvəccöh edib üz gətirməsinin nişanələri