Hüzuri-qəlbin maneələri

28 November 2024

01:02

۸۹۲

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Hüzuri-qəlbin maneələri

Peyğəmbəri əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Allahın bəndəsi namaz qılmaq üçün dayanan zaman; “إِذَا اشْتَغَلَ‏ بِالصَّلَاةِ” şeytan gəlib ona deyir: “اذْكُرْ كَذَا اذْكُرْ كَذَا– bu cür zikr et, bu tərzdə namaz qıl!

Namaz qılmağa dayanarkən yadımıza düşür ki, bu gün filan işi etməliydim ki, etməmişəm; filankəsə filan sözü deməliydim ki, deməmişəm. Bu tərtiblə insanın zehni müxtəlif məsələlərə elə məşğul olur ki, Allahın zikrindən və namazın həqiqətindən tam uzaqlaşır. Bəzi vaxtlar insan deyir, əgər bir şeyi yada salmaq istəsə, namazda yadına düşəcəkdir. Həqiqəti etibarilə inansanın tam unutduğu və yaddaşından silinib gedən bir şeyi namaz əsnasında ona xatırladan, şeytandır.

Əziz bacı və qardaşlar! Hər zaman Pərvərdigar aləmin hüzurunda dayanıb namaz qılarkən, əgər Allahdan başqa bir mətləbi, istər elmi mətləb olsun, istərsə də qeyri-elmi, maddi olsun və ya qeyri-maddi, hər nə zehnimizə gəlsə, bilavasitə Peyğəmbəri əkrəmin (sallallahu əleyhi və alih) hədisini xatırimizdə canlandıraq, yəni yada salaq ki, bu vadiyə bizi şeytan aparmışdır. Şeytan istəyir bizi Allahdan qafil etsin, bizim hüzuri-qəlbimizi aradan aparsın ki, Allah təbarək və təalaya yaxınlaşa bilməyək. Bu əsasla, gərək namazda hüzuri-qəlb məsələsinə ciddi şəkildə nəzər salaq.

Daha bir hədisdə imam Sadiq (əleyhissəlam) buyurur:

" إِذَا كُنْتَ‏ فِي‏ صَلَاتِكَ‏ فَعَلَيْكَ‏ بِالْخُشُوعِ‏ وَ الْإِقْبَالِ عَلَى صَلَاتِكَ فَإِنَّ اللَّهَ تَعَالَى يَقُولُ‏ الَّذِينَ هُمْ فِي صَلاتِهِمْ خاشِعُون‏"

“Namaz əsnasında olduğun zaman gərək hüzuri-qəlb və huş-guşla namaza təvəccöh edəsən. Həqiqətən, Allah-təala buyurur: O kəslər ki, namazlarında ruhən və cismən müti (və xaşe) olarlar.”[1] Bu haqda “namazda xüşu və hüzuri-qəlb” bəhsində söhbət açdıq.

Səkkizinci imam (əleyhissəlam) Əmirəl-möminindən (Allahın ona salam və salavatı olsun) nəql edir ki, Həzrət buyurur:

طُوبى‏ لِمَنْ‏ أَخْلَصَ‏ لِلَّهِ‏ الْعِبَادَةَ وَ الدُّعَاءَ

“Xoşbəxt o kəsdir ki, xalisliklə ibadət və dua etsin...”

وَ لَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرى‏ عَيْنَاهُ

“və gözləri ilə gördüyü şeyə qəlbini məşğul etmir...”

وَ لَمْ يَنْسَ ذِكْرَ اللَّهِ بِمَا تَسْمَعُ أُذُنَاه

“və qulaqları ilə eşitdiyi şeylər səbəbinə Allahın zikrini unutmur...”[2]

Təəssüflər olsun ki, bəzi vaxtlar insan namazı müxtəlif xoşagəlməz səslərin olduğu yerdə qılır, hətta əyləncə və eyş etmək səslərini eşidir və onlara qulaq asır. Bu necə namazdır ki, Allaha təhvil verilir?! Namaz halında insanın gözü, qulağı və qəlbi yalnız Allah-təalaya yönəlməlidir ki, bu namaz onun göylərə yüksəltsin.


(ardı var)

[1] “Vəsailuş-şiə”, cild-5, səh. 473

[2] «Əl-Kafi”, cild-2, səh. 16

Etiketlər :

Hüzuri-qəlbin maneələri