Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

22 November 2024

00:54

۱,۳۰۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il cumadil-ula ayının 5-i, miladi 2018-ci il yanvarın 23-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr, güzəşt və isar adı gəlsə, bu böyük xanımın adı ilə ürəklər iftixar hissi duyur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1439-cu il cumadil-ula ayının 5-i, miladi 2018-ci il yanvarın 23-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı həzrət Zeynəbi-Kubra (salamullah əleyha), iman və təqva, elm və mərifət, səbr və dözüm və digər insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr, güzəşt və isar adı gəlsə, bu böyük xanımın adı ilə ürəklər iftixar hissi duyur.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibəti ilə öz İlahi vəzifələrini səbr və mərdliklə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Qurani-kərim əziz Peyğəmbəri (sallallahu əleyhi və alih) “Usvətun-həsənəh” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl nümunə adlandırırıq. Elə ki, buyurur:

" لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآَخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا "

“Allahın Rəsulu (sallallahu əleyhi və alih), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.”[1]

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. O ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir və Cəbrəil Əlinin (əleyhissəlam) məclislərinə girmək üçün izn istəyir. O ailə ki, ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.

Onlar Peyğəbmər və onun Əhli-beytidirlər ki, Allah məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam.

Onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyn (sallallahu əleyhim əcməin).

Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı.

Həzrət Əli (əleyhissəlam) və Fatimeyi-Zəhranın (salamullah əleyha) Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin (əleyhimussəlam) adlı beş övladı olmuşdur.

Bu xanədanın üçüncü övladı Zeynəb (əleyhasəlam) Hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

Zeynəb (əleyhasəlam) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (əleyhasəlam) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdə olduğundan xanım Fatimə (əleyhasəlam) Əlidən (əleyhissəlam) istədi ki, övladları üçün ad qoysun. Əli (əleyhissəlam) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən gəlsin.

Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən qayıtdıqdan sonra Əli (əleyhissəlam) Zəhranın (əleyhasəlam) uşağı olmasını xəbərini Peyğəmbərə (sallallahu əleyhi və alih) çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: Fatimənin (əleyhasəlam) övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah-təala buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (sallallahu əleyhi və alih) Zeynəbi (əleyhasəlam) öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra (əleyhasəlam) kimidir.

Yəni həzrət Xədicənin (əleyhasəlam) fədakarlıqları kimi, həzrət Zeynəbin (əleyhasəlam) Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Həzrət Zeynəb (əleyhasəlam) beş ilə qədər Peyğəmbərlə (sallallahu əleyhi və alih) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (sallallahu əleyhi və alih) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (əleyhasəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin (əleyhasəlam) həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin (əleyhasəlam) taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun…

(İltimasi dua)

 

[1] «Əhzab” surəsi, ayə 21


Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü