Namazdan zövq almaq yolları
28 November 2024
01:03
۱,۰۱۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Namazdan zövq almaq yolları
Namazda “hüzuri-qəlb”in zəruri və lazım bir məsələ olmasının ən yaxşı dəlili, bu zəmində yetişən bəzi hədislərdir. Bu hədislər məcmusundan bir çox incə mətləblər əldə edilir. Hədislərdə olan bu incəliklərə diqqət etmək, namaz qılanın hüzuri-qəlbini asanlaşdırır.
Mərhum Şeyx Kuleyni “Kafi” kitabında imam Baqirdən (əleyhissəlam) nəql edilən hədisdə bir təbiri bəyan edir ki, namaz qılan şəxs namaza dayanarkən: “وَكَّلَ اللَّهُ بِهِ مَلَكاً قَائِماً عَلَى رَأْسِه” – Allah-təala onu qorumaq üçün başı üzərində bir mələyi vəkil edər.[1] Bu mətləbə diqqət etmək ruhda təvazö və mütilik icad edir. İnsan namaza duran zaman əgər bilsə Allah-təala ona mələk məmur edibdir və bütün İlahi məmurlar və göyün mələkləri bu insanın nə edəcəyini gözləyirlər, təbii ki, onun ruhunda və cismində böyük dəyişiklik yaradacaqdır. Allahın dərgahı son dərəcə əzəmətlidir. Bu namaz qılan insandır ki, İlahi dərgaha yol tapır, Allah-təala ilə danışıq və münacat qapısını aça bilir. İnsan bu hədisləri mütaliə etdikdə düşünür ki, Allah bütün mələkləri səfərbər etmiş və Öz rəhmət qapılarını geniş şəkildə namaz qılan insanın üzünə açmışdır.
Namaz qılan halda olan bir şəxs elə bilməsin ki, ona nəzər salan yoxdur, səsi bir yerə çatmır, kimsə onu eşitmir!? Onun oturuş-duruşlarını və hərəkətlərini heç kəs görmür və səbt etmir. O böyük Allah, günahkar bəndəyə elə lütf edib ki, hətta icazə vermir günah edən zaman, əvvəlcə onun günahı nameyi-əmalında səbt olsun və onun xətasından İlahi məmurlarının belə, xəbərdar olmasına mane olur. İndi əgər bir insan Onun dərgahına üz tutub namaza durarsa, görün mehriban olan Allah ona necə münasibət bəslər? Mələkut aləmində bu insan üçün nə gözəl şəraitlər, necə xoş xəbərlər və sevindirici mövqeiyyət icad edəcəkdir?
Bəzi vaxtlar namazı yalnız zahiri bir təklif sanırıq, buna görə də gərək onu yerinə yetirək. Allah-təala da bizim mövlamız olduğu üçün bizdən ancaq bu vəzifəni əncam verməyi istəmişdir və bundan artıq bir məsələ deyil! Halbuki namaz, insanın cismində və ruhunda təhəvvül və təğyir icad edir, insanı yüksəkliyə ucaldır, İlahi mələklər yanında onu məşhur edib, şərəfləndirir. Hər zaman namaz qılmağa durduqda Allahın müvəkkil mələyini və digər İlahi qüvvələri nəzərimizə alaq. Hətta bəzi vaxtlar mümkündür qəlbin dili ilə, bu İlahi qüvvələrə iltifat göstərməklə onları da vasitə edək, ta ki, raz-niyazın səsi daha yaxşı göylərə qalxsın və mələkut aləminə ucalsın.