Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

24 November 2024

02:29

۱,۰۰۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il, rəcəb ayının 1-i, milad 2018-ci il, mart ayının 19-u Həzrət İmam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək Rəcəb ayının ilk günü və milli novruz bayramı günləri ilə mütabiq olan bu böyük sevinc gününü öncə Həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunda təcil etsin), sonra Əhli-Beyt aşiqlərinə təbrik və gözaydınlığı deyirik. Bütün haqqsevər insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında və yeni şəmsi ilində düzgün əqidə, yüksək mənəviyyat və cismi sağlamlıq arzu edirik
آخرین رویداد ها

Bismillahir-Rahmənir-Rahim

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1439-cu il, rəcəb ayının 1-i, milad 2018-ci il, mart ayının 19-u  Həzrət İmam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək Rəcəb ayının ilk günü və milli novruz bayramı günləri ilə mütabiq olan bu böyük sevinc gününü öncə Həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunda təcil etsin), sonra Əhli-Beyt aşiqlərinə təbrik və gözaydınlığı deyirik. Bütün haqqsevər insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında və yeni şəmsi ilində düzgün əqidə, yüksək mənəviyyat və cismi sağlamlıq arzu edirik.

Burada İmam Baqir əleyhissəlamdan bir hədisə işarə edirik:

Əbu Bəsir deyir ki, həzrət imam Baqir əleyhissəlama ərz etdim:

عَنْ أَبِي بَصِيرٍ قَالَ: قُلْتُ لِأَبِي جَعْفَرٍ  A [أَصْلَحَكَ اللَّهُ] مَا أَيْسَرُ مَا يَدْخُلُ بِهِ الْعَبْدُ النَّارَ

“İnsanın əzaba düçar olub cəhənnəm odunda yanmasına səbəb olan ən kiçik günah nə ola bilər?

قَالَ مَنْ أَكَلَ مِنْ مَالِ الْيَتِيمِ دِرْهَماً

Həzrət buyurdu: Hər kəs (icazəsiz) yetimin malından bir dirhəmi belə yeyərsə; sonra fasilə vermədən buyurdu:وَ نَحْنُ الْيَتِيمُ” – Malından bir dirhəmini yedikdə insanı cəhənnəmə aparan o yetim bizik.[1]

[1] Kəmalud-din və təmamun-nemət, mərhum Şeyx Səduq, 2-ci cild, səh. 522


Etiketlər :

Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü