İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti
26 November 2024
23:28
۱,۱۴۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1439-cu il rəcəb ayının 3-ü, milady 2018-ci il mart ayının 21-I bəzi nəqllərə müvafiq olaraq həzrət İmam Əliyy ibn Muhəmməd Hadi əleyhiməssəlamın şəhadət günüdür. Bu böyük müsibəti ilk öncə o Həzrətin əziz nəvəsi həzrət İmam Zamana (əleyhissəlam) və sonra da bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların Əhli-beytə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah.
İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etməmişdir. Məlum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.