Həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın mövludu
27 November 2024
23:08
۹۴۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1439-cu il rəcəb ayının 13-ü, milady 2018-ci il, mart ayının 31-I həzrət Əmirəl-möminin, müvəhhidlərin mövlası, müttəqilərin imamı Əli ibn Əbi Talib əleyhissəlamın mövlud günüdür. Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti, həzrət İmam Sahib əz-zaman əleyhissəlama, eləcə də bütün ədalətsevər millətlərə, xüsusən əziz mömin bacı-qardaşlara təbrik və gözünüz aydın olsun deyirik. Arzu edirik Allah-təala bizlərə həqiqətən o Həzrəti sevənlər sırasında yer versin və günü-gündən qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətin artırsın. Amin ya Rəbbəl-aləmin.
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır.Atası Əbutalib,anası Fatimə Əsəd qızı olmuşdur.
Əmirəl-möminin Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun təlim-tərbiyəsi altında keçirmişdir.
Həzrət Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O mənə yemək yedizdirərdi.
Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki ona riayət edim.»
Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
Əmirəl-möminin Əliyy ibni Əbitalib (əleyhissəlam)-a ki, buyurur: "Əgər qəzavət kürsüsündə əyləşsəm, Tövrat ardıcıllarına Tövrat əsasında, İncil ardıcıllarına İncil əsasında və Quran ardıcıllarına Quran əsasında elə hökm edərəm ki, hər biri nitqə gəlib "Əli eynilə bizdə olanların özü ilə mühakimə etmişdir!"-deyərlər."
Qurani-Məcid Əli əleyhissəlamın fədakarlığını əbədi tarixə yazaraq bir ayədə bu məsələyə toxunmuş və Əli əleyhissəlamı canını Allah-taala yolunda fəda edən şəxs kimi qələmə vermişdir: «İnsanlardan eləsi də var ki Allah-taalanın razılığını qazanmaq yolunda [Allah Rizası üçün] öz canını fəda edər. Allah-taala Öz bəndələrinə qarşı çox mehribandır.»
“Bəqərə” surəsi, ayə 207