Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) məbəsi
27 November 2024
23:15
۸۸۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1349-cu il, rəcəb ayının 27-i, miladi 2018-ci il aprelin 14-ü Məbəs günüdür. Bu gün bəşər tarixinin ən böyük, ən əzəmətli, ən şərəfli və səadətli bir günüdür. Bu gün aləmlərin rəhməti olan əziz Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) Allah-təala tərəfindən peyğəmbərliyə seçilməsi və məbus olması bayramının ildönümüdür. Bütün müsəlmanlara, xüsusən əziz Peyğəmbərimizin (sallallahu əleyhi və alih) tövsiyələrinə və vəsiyyətinə əməl edənlərə, onun dönə-dönə müsəlmanlara sifariş buyurduğu elm və hikmət mənbəyi olan əziz Əhli-beytinin (əleyhimussəlam) davamşılarına və müqəddəs Quranın göstərişlərinə vəfalı olanlara bu səadətli gün münasibəti ilə təbrik və gözünüz aydın olsun deyirik.
Həzrət Əli əleyhissəlam 94-cü xütbənin əvvəllərində buyurur:
“Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur).
Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhissalamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var.
O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür.
O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)”
İltimas dua!