Şəban ayının gəlişi mübarək olsun
27 November 2024
23:02
۸۲۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Bütün müsəlmanlara, xüsusən həmvətənlərə mübarək Şəban ayının gəlişini təbrik deyir, bu gözəl və bərəkətli ayda sizlərə yeni-yeni müvəffəqiyyətlər və səadətli günlər arzulayıyıq. Həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) ayı adlanan bu mübarək ayın fəziləti və əməlləri barəsində Məsumların (əleyhimussəlam) və həmçinin böyük və dəyərli alimlərimizin diqqəti cəlb edən tövsiyələri müsəlman bacı-qardaşların nəzərindən yayınmamalı və bu ayın fəzilətindən bəhrələnmək üçün bacardıqca qeyd olunan tövsiyələri yerinə yetirmək məsləhət olunur.
Şiələrin iftixarlı alimi mərhum Seyyid ibn Tavus dəyərli “İqbalul-əmal” kitabında Şəban ayının barəsində yazır:
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdular: “Hər kəs Şəban ayının birinci gecəsində iki rəkət namaz qılsa, İblisin və onun ləşkərinin şərrindən amanda qalar və Allah-təala ona “Sadiqlərin” (siddiqin) savabını əta edər. İki rəkət qeyd edilən namazın əda edilməsi bu tərzdədir: birinci rəkətdə bir dəfə“Fatihətul-kitab” (Həmd surəsi) və otuz dəfə “Tövhid” (Qul huvəllahu Əhəd) surəsini oxusun və salamlardan sonra: “اللَّهُمَّ هَذَا عَهْدِي عِنْدَكَ إِلَى يَوْمِ الْقِيَامَة” – (Allahummə, haza əhdi indəkə ilə yəvmil-qiyaməh) deyə, namazı tamamlasın.
“İlahi! Bu, Qiyamətə qədər mənim Sənə tapşırdığım və Sənin yanında saxladığım əhdim və əməlimdir!”
Həmçinin, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdular: “Hər kəs Şəban ayının birinci gecəsində iki rəkət namaz qılsa və hər rəkətdə bir dəfə“Fatihətul-kitab” (Həmd surəsi) və on beş dəfə “Tövhid” (Qul huvəllahu Əhəd) surəsini oxusa, Allah-təala ona on iki min şəhidin savabını əta edər, onun üçün on iki min ilin ibadətini yazar və yeni anadan olan şəxs kimi onu günahlardan təmizləyər. Eləcə də (bu namazda) oxuduğu hər bir Quran ayəsinin müqabilində ona Beheşt saraylarından birini bağışlayar.”
Mübarək Şəban ayının digər əməlləri:
1-Mümkün olan miqdarda bu ayda oruc tutmaq; xüsusən birinci günündə çox tövsiyə edilir. Hədisdə deyilir ki, həzrət Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) (mübarək Ramazan ayından başqa) ancaq Şəban ayını tamamilə oruc tutardı.
2-Sədəqə vermək; hədisdə deyilir ki, hər kəs Şəban ayında sədəqə verərsə, Allah-təala onun sədəqəsini bəsləyər, ta ki, Qiyamətdə Uhud dağı əndazəsinə çatdıqda onu sahibinə qaytara.
3-İstiğfar etmək; hədisdə deyilir ki, hər kəs Şəban ayında yetmiş dəfə istiğfar edib bağışlanmasını istəyərsə, günahları ulduzların sayı qədər olsa belə, Allah-təala onun günahlarını bağışlayar. Başqa bir hədisdə deyilir: Şəban ayının hər günündə yetmiş dəfə bu istiğfarı desin:
«أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمنُ الرَّحِيمُ وَ أَتُوبُ إِلَيْهِ»
(Əstəğfirullahəlləzi lə iləhə illə Huvəl-Həyyul-Qəyyum, ər-Rahmənur-Rahimu və ətubu iləyh)
4-Tamamilə, Şəban ayında bu zikri min dəfə demək;
«لا إِلهَ إِلَّا اللَّهُ وَ لَا نَعْبُدُ إِلَّا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُون»
(Lə iləhə illəllahu və lə nə`budu illə iyyah, muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun)
5-Hər gün zöhr və azan zamanında “Şəbaniyyə” salavatlarını oxumaq.
İltimas dua!