Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladəti
27 November 2024
21:16
۸۹۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1439-cu il Şəban ayının 5-i, milady 2018-ci il aprelin 22-si İmamət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür. Bu bərəkətli mövlud günü münasibəti ilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Sahib əz-zaman əleyhissəlama və o cümlədən, bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və onların tövsiyələrini özlərinə məqsəd tutan və onlara əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.
Həzrət imam Səccad əleyhissəlam Kərbəla qiyamının şahidi olmuş və mübarək həyatının sonuna qədər bu əzəmətli qiyamın təbliğatçısı və onu səmərəyə yetirən ən mühüm şəxsiyyət olmuşdur. O həzrətin imamət dövrü Uməvi hakimiyyətinin çox acı və ağır dövrü ilə müvafiq zamanda olmasına baxmayaraq, Kərbəla peyğamının bəşəriyyətə çatdırılmasında ömrünün sonuna qədər hər bir vasitə ilə və hər bir imkandan layiqincə istifadə etmiş və Əhli-beyt (əleyhimussəlam) dostlarını bu yolda yorulmadan fədakarcasına çalışmalarına təkid etmişdir.
Görkəmli tarixçi Məsudi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.[1]
Həzrət Zeynul-Abidin əleyhissəlam hər bir fürsətdə Kərbəla hadisəsini yad etmiş və orada özlərini zahirdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xəlifəsi və canişini adlandıran, lakin həqiqətdə o Həzrətin və onun əziz Əhli-beytinin (əleyhimussəlam) və ən yaxın qohum-əqrəbasının inadkar düşmənlərindən olan qəddar və amansız insanların törətdikləri vəhşilikləri yad etmiş və bütün baş verənləri xalqa çatdırmağa çalışmışdır.
Həzrət Səccad əleyhissəlam əziz və fədakar əmisi həzrət Abbası (əleyhissəlam) yad edərək, o həzrətin və onunla birgə Kərbəla səhrasında imamət və vilayət yolunun şəhidlərinin haqq olmalarını təsdiqinə işarə olaraq, buyurur:
“رفع الله رایه عمی العباس”
“Allah-təala əmim Abbasın (əleyhissəlam) bayrağını ucaltdı.”
Həmçinin, tez-tez əziz atası imam Huseyn əleyhissəlamı və özlərini Allah yolunda fəda edən digər şəhidlərin susuz səhrada faciəli şəkildə qətlə yetirilmələrini tövsif edərdi.
Əziz və mömin bacı-qardaşlar, hərçənd mübarək Şəban ayının bu günləri viladət və şadlıq günləridir, lakin bir neçə kəlmə Əhli-beytin (əleyhimussəlam) başına gətirilən acınacaqlı hadisələrə yalnız işarə etməklə xatırlatmaq istədik ki, bu şərəfli insanlara mənsub olduğumuzu unutmadan Allah-taalanın dininin möhkəmlənməsi yolunda necə ki, Əhli-beyt əleyhimussəlam bütün varlıqlarından keçiblər biz də əlimizdə olan imkandan bu sahədə istifadə edək və bu yolda heç vaxt yorulmayaq, inşaallah!
İltimas dua!