Günün hədisi
24 November 2024
12:01
۱,۱۳۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Günün hədisi
Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:
"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ زَيْنُ الْعَابِدِينَ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف"
“Qiyamət günü bərpa edilən zaman Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]
Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.