Mübarək Ramazan ayının birinci gününün duası
05 July 2024
06:51
۸۴۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gündəlik duaları
Ramazan ayının günləri üçün çoxlu fəzilət qeyd olunmuşdur və hər gün üçün xüsusi dua yüksək fəzilət və savabla zikir edilmişdir. Biz burada ancaq duanın özünü, oxunuşunu və tərcüməsini gətiririk.
Birinci günün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
Əllahumməc`əl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, və`fu ənni ya afiyən ənil mucrimin.
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
İltimas dua!