Ramazan ayının müştərək əməlləri

27 November 2024

21:20

۸۳۱

Xəbərin xülasəsi :
Hər vacibi namazdan sonra bu duanı oxumaq: “Ya Əliyyu ya Əzimu ya Ğə­furu ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kər­rəm­təh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və hu­və şəh­ru Rəməzanəlləzi ənzəltə fi­hil Qur`an,
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının hər gecə-gündüzündə müstəhəb olan müştərək əməlləri

Hər vacibi namazdan sonra bu duanı oxumaq:

 

يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Ya Əliyyu ya Əzimu ya Ğə­furu ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kər­rəm­təh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və hu­və şəh­ru Rəməzanəlləzi ənzəltə fi­hil Qur`an, hudən lin na­si və bəyyinatin minəl huda vəl fur­qan, və cəəltə fihi ləy­lətəl qədr, və cəəltəha xəy­rən min əlfi şəhr, fə ya zəl mənni və la yu­mən­nu ə ləy­k, munnə ələyyə bifəkaki rəqəbəti minən nar, fimən təmunnu ələyh, və əd­xil­nil cənnətə birəhmətikə ya ər­hə­mər rahimin.

 
Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Onun bənzəri yoxdur. O, (hər şeyi) eşidən və görəndir. Bu ay (Ramazan) Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O ayında “qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni rəhmətinlə cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

 
Mənbə: "Məfatihul-cinan", Ramazan ayının gecə-gündüzünün müştərək əməlləri

İltimas dua!

 
Etiketlər :

Ramazan ayının müştərək əməlləri