Mübarək Ramazan ayının müştərək əməlləri
27 November 2024
19:02
۸۷۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gecə-gündüzündə olan müştərək əməlləri
Mərhum Seyid ibn Tavus həzrət İmam Baqir və İmam Kazimin (əleyhiməssəlam) belə buyurduğunu rəvayət edir:- Hər vacib namazdan sonra mübarək ramazan ayının əvvəlindən axırına kimi bu duanı oxuyun:
اللَّهُمَّ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ مَا أَبْقَيْتَنِي فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ وَ سَعَةِ رِزْقٍ وَ لا تُخْلِنِي مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيمَةِ وَ الْمَشَاهِدِ الشَّرِيفَةِ وَ زِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ فِي جَمِيعِ حَوَائِجِ الدُّنْيَا وَ الْآخِرَةِ فَكُنْ لِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمُرِي [فِي طَاعَتِكَ] وَ تُوَسِّعَ عَلَيَّ رِزْقِي وَ تُؤَدِّيَ عَنِّي أَمَانَتِي وَ دَيْنِي آمِينَ رَبَّ الْعَالَمِينَ
“Əllahummərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli amin ma əbqəytəni fi yusrin minkə və afiyətin və səəti rizq, və la tuxlini min tilkəl məvaqifil kəriməti vəl məşahidiş şərifəh, və ziyarəti qəbri nəbiyyikə səlavatukə ələyhi və alih, və fi cəmii həvaicid dunya vəl axirəh, fəkun liyəllahummə inni əs`əlukə fima təqzi, və tuqəddiru minəl əmril məhtumi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhumul məşkuri sə`yuhumul məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə rizqi və tuvəddiə ənni əmanəti və dəyni aminə rəbbəl aləmin.”
İlahi, Sənin Öz evinin (Beytül-Haramın) ziyarətini (həcci) bu il və bütün illərdə, məni diri saxladığın vaxta qədər, Sənin tərəfindən olan asanlıq, sağlamlıq və ruzi bolluğu ilə mənə nəsib et! Məni o hörmətli məkanlarının, şərəfli yerlərinin və Peyğəmbərinin (Allahın salam və salavatı ona və Əhli-beytinə olsun) qəbrinin ziyarətindən məhrum etmə, bütün dünya və axirət hacətlərində mənə yardımçı ol. İlahi, Səndən istəyirəm ki, mənim adımı “qədr” gecəsində hökm və müqəddər etdiyin qaçılmaz işlər – dəf edilməyən və dəyişməyən hökmlərdə Öz evinin “Beytül-Haram”ın həcləri bəyənilmiş, “səy”ləri qəbul olunmuş, günahları bağışlanmış və çirkin əməlləri örtülmüş hacılarından yazasan. Hökm və müqəddər etdiyin işlərdə ömürmü uzat, ruzimi bol et, əmanət və borclarımı mənim tərəfimdən qaytar! Amin, ey aləmlərin Rəbbi!
Mənbə: "Məfatihul-cinan", mübarək Ramazan ayının müştərək əməlləri.
İltimas dua!