Iyirmi doqquzuncu gecənin duası

27 November 2024

14:22

۹۱۰

Xəbərin xülasəsi :
Ey gecəni gündüzə və gündüzü də gecəyə pərdə çəkən! Ey hər şeyi bilən, ey hikmət sahibi, ey şahların şahı, böyüklərin böyüyü! Səndən başqa heç tanrı yoxdur, ey mənə şah damarımdan yaxın olan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Iyirmi doqquzuncu gecənin duası

يَا مُكَوِّرَ اللَّيْلِ عَلَى النَّهَارِ وَ مُكَوِّرَ النَّهَارِ عَلَى اللَّيْلِ يَا عَلِيمُ يَا حَكِيمُ يَا رَبَّ الْأَرْبَابِ وَ سَيِّدَ السَّادَاتِ لا إِلَهَ إِلا أَنْتَ يَا أَقْرَبَ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ

Ya mukəvvirəl ləyli ələn nəhar, və mukəvvirən nəha­ri ələl ləyl, ya əlimu ya hə­ki­m, ya rəbbəl ərbabi və səyyidəs sa­dat, la ilahə illa ənt, ya əqrəbə iləyyə min həb­lil vərid, ya Əl­la­hu ya Əl­lahu ya Əllah, ləkəl əs­ma­ul husna vəl əmsalul ulya vəl kibriyau vəl ala, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ə­ləsmi fi hazihil ləy­ləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfu­rəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi və imanən yuzhibuş şəkkə ən­ni, və tur­ziyəni bima qəsəm­tə li, və ati­na fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən na­ril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğ­bətə iləykə vəl inabəh, vət təvfiqə lima vəffəqtə ləhu Muhəm­­dən və ali Muhəm­məd, səlləl­la­hu ələyhi və ələy­him.

Ey gecəni gündüzə və gündüzü də gecəyə pərdə çəkən! Ey hər şeyi bilən, ey hikmət sahibi, ey şahların şahı, böyüklərin böyüyü! Səndən başqa heç tanrı yoxdur, ey mənə şah damarımdan yaxın olan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!

Mənbə: Məfatihul-cinan, Ramazan ayının gecələrinin duası

İltimas dua!


Etiketlər :

Iyirmi doqquzuncu gecənin duası