Otuzuncu gecənin duası

27 November 2024

13:56

۹۰۶

Xəbərin xülasəsi :
Həmd-səna şəriki olmayan Allaha məxsusdur. Böyük zatına və qüdrətli calalına layiq olduğu kimi, həmd-səna Allaha məxsusdur. Necə ki, Ona layiqdir. Ey müqəddəs, ey nur, ey müqəddəs nur, ey bütün eyiblərdən uzaq olan, ey paklığın sonu, ey bağışlayan, ey mehribanlıq yaradan! Ey Allah, ey hər şeyi bilən, ey böyük, ey Allah, ey lətif, ey ulu, ey Allah, ey eşidən, ey görən, ey Allah, ey Allah, ey Allah!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Otuzuncu gecənin duası

الْحَمْدُ لِلَّهِ لا شَرِيكَ لَهُ الْحَمْدُ لِلَّهِ كَمَا يَنْبَغِي لِكَرَمِ وَجْهِهِ وَ عِزِّ جَلالِهِ وَ كَمَا هُوَ أَهْلُهُ يَا قُدُّوسُ يَا نُورُ يَا نُورَ الْقُدْسِ يَا سُبُّوحُ يَا مُنْتَهَى التَّسْبِيحِ يَا رَحْمَانُ يَا فَاعِلَ الرَّحْمَةِ يَا اللَّهُ يَا عَلِيمُ يَا كَبِيرُ يَا اللَّهُ يَا لَطِيفُ يَا جَلِيلُ يَا اللَّهُ يَا سَمِيعُ يَا بَصِيرُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ

Əlhəmdu lillihi la şə­rikə ləh, əl həmdu lillahi kəma yənbəği likərəmi vəc­hihi və izzi cəlalih, və kəma huvə əhluh, ya qud­dusu ya nur, ya nurəl qudsi ya sub­buh, ya muntəhət təsbih, ya rəhmanu ya failər rəh­məh, ya Əllahu ya əlimu ya kəbir, ya Əllahu ya lətifu ya cə­lil, ya Əllahu ya səmiu ya bə­sir, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul hus­na, vəl əm­sa­lul ulya, vəl kibriyau vəl ala, əs`əlukə ən tusəlliyə əla Mu­həm­mədin və ali Muhəmməd, və ən təc`­ələsmi fi hazihil ləy­ləti fis suəda, və ruhi məəş şu­­da, və ihsani fi illiy­yin, və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tuba­şiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabəh, vət təvfiqə li­ma vəffəqtə ləhu Mu­həm­mə­dən və alə Muhəmməd, səl­ləllahu ələyhi və ələyhim.

Həmd-səna şəriki olmayan Allaha məxsusdur. Böyük zatına və qüdrətli calalına layiq olduğu kimi, həmd-səna Allaha məxsusdur. Necə ki, Ona layiqdir. Ey müqəddəs, ey nur, ey müqəddəs nur, ey bütün eyiblərdən uzaq olan, ey paklığın sonu, ey bağışlayan, ey mehribanlıq yaradan! Ey Allah, ey hər şeyi bilən, ey böyük, ey Allah, ey lətif, ey ulu, ey Allah, ey eşidən, ey görən, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Məhəmməd və Məhəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!

Mənbə: Məfatihul-cinan, Ramazan ayının gündəlik duaları

İltimas dua!

Etiketlər :

Otuzuncu gecənin duası