Fitr bayramı gecəsi: Şəvval ayının birinci gecəsinin əməlləri

27 November 2024

13:26

۱,۴۸۶

Xəbərin xülasəsi :
Ramazan ayının son günündə və Fitr bayramı gecəsində bir sıra xüsusi ibadətlər nəql olunmuşdur. O cümlədən, Ramazan ayının sonunda müqəddəs Quranın xətm edilmə duası, bu əzəmətli ay ilə vidalaşma duaları və s. Burada möhtəşəm "Məfatihul-cinan" kitabından "Fitr" bayramı gecəsi və şəvval ayının birinci gecəsində gətirilmiş əməlləri sizə təqdim edirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Fitr bayramı gecəsi: Şəvval ayının birinci gecəsinin əməlləri

Dini mənbələrdə mübarək Ramazan ayının son günündə və Fitr bayramı gecəsində bir sıra xüsusi ibadətlər nəql olunmuşdur. O cümlədən, Ramazan ayının sonunda müqəddəs Quranın xətm edilmə duası, bu əzəmətli ay ilə vidalaşma duaları və s. Qeyd edilən mövzular geniş olduğu üçün onların hamısını burada gətirmirik, lakin mömin bacı-qardaşlara xatırladırıq ki, bu mövzuların icrasına təmayülü olanlar, həzrət İmam Səccad əleyhissəlamın "Səhifeyi-Səccadiyyə" kitabına, Seyyid ibn Tavusun "İqbalul-əmal" kitabına, Şeyx Tusinin "Misbahul-mutəhəccir" kitabına və digər dini mənbələrə müraciət edə bilərlər.

Biz burada mərhum Şeyx Abbas Quminin möhtəşəm "Məfatihul-cinan" kitabından "Fitr" bayramı gecəsi və şəvval ayının birinci gecəsində gətirilmiş əməlləri sizə təqdim edirik. Ümid edirik bu mötəbər əməlləri yerinə yetirməklə Allah-taalanın iman əhli üçün təyin buyurduğu böyük savablara nail olasınız.

Şəvval ayının birinci gecəsinin əməlləri

Çox şərafətli gecələrdən biridir. Onda ibadətin fəziləti, savabı və oyaq qalmaq haqda çoxlu hədislər nəql olmuşdur. Rəvayətdə deyilir ki, o, heç də Qədr gecəsindən geri qalmır. Onda bir neçə əməl vardır:

1. Gün batdıqdan sonra qüsl almaq.

  • 2. Bu gecəni namaz, oruc, istiğfar və Allahdan diləməklə oyaq qalmaq və məsciddə gecələmək.

3. Məğrib, işa, sübh və bayram namazının ardında bu duanı oxuyun:

اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا

Əllahu əkbəru Əllahu ək­bər, la ilahə illəllahu vəllahu ək­bər, Əllahu əkbəru və lilla­hil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş şukru əla ma əvlana.

Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizə bağışladığına görə şükür olsun Ona!

4. Məğrib, işa namazını və onun nafiləsini qıldıqdan sonra əllərini göyə qaldırıb desin:

يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ يَا ذَا الْجُودِ يَا مُصْطَفِيَ مُحَمَّدٍ وَ نَاصِرَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَحْصَيْتَهُ وَ هُوَ عِنْدَكَ فِي كِتَابٍ مُبِينٍ

Ya zəl mənni vət təvl, ya zəl cud, ya mustəfiyə Muhəm­mə­din və nasirəh, səlli əla Mu­həm­mədin və ali Muhəm­məd, vəğfir li kullə zənbin əhsəytəh, və huvə indəkə fi kitabin mubin.

Ey nemət və mərhəmət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim saydığın və yanındakı aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla!

Sonra səcdəyə gedib səcdədə yüz dəfə: “Ətubu iləllah”- desin. Sonra hacətlərin Allahdan istəsin. İnşaallah, Allah taala tezliklə rəva edər.

Şeyxin rəvayətində isə deyilir ki, məğrib namazından sonra səcdəyə gedib desin:

يَا ذَا الْحَوْلِ يَا ذَا الطَّوْلِ يَا مُصْطَفِياً مُحَمَّدا وَ نَاصِرَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَذْنَبْتُهُ وَ نَسِيتُهُ أَنَا وَ هُوَ عِنْدَكَ فِي كِتَابٍ مُبِينٍ

Ya zəl həvli ya zət təvl, ya mustəfiyən Muhəmmədən və nasirəh, səlli əla Muhəm­mədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əznəbtuhu və nəsituhu əna, və huvə indəkə fi kitabin mubin.

Ey qüdrət sahibi, ey bəxşiş sahibi, ey Məhəmmədi bəyənib seçən və Onun yardımçısı! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, yerinə yetirdiyim və unutduğum, yanındakı aydın kitabda qeydə alınan bütün günahlarımı bağışla!

Sonra yüz dəfə: “Ətubu iləyh”- desin.

5. İmam Hüseyn əleyhissalamı ziyarət etmək çoxlu savaba malikdir. 

6. On dəfə: “Ya daiməl fəzl” –demək. Cümə gününün əməllərində keçdi.

7. Ramazan ayının axırıncı gecəsində nəql olunan on rükət namazı qılmaq.

8. On rükət namaz qılmaq, birinci rükətdə “Həmd”dən sonra min dəfə “İxlas” surəsini və ikinci rükətdə isə bir dəfə. Salamları verdikdən sonra isə başını səcdəyə qoyub yüz dəfə “Ətubu iləyh” demək. Daha sonra desin:

يَا ذَا الْمَنِّ وَ الْجُودِ يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ يَا مُصْطَفِيَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا

Ya zəl mənni vəl cud, ya zəl mənni vət təvl, ya mus­təfiyə Muhəmmədin səlləl­lahu ələyhi və alih, səlli əla Muhəmmədin və alih, vəf`əl bi kəza və kəza.

Ey nemət və bəxşiş sahibi, ey nemət və mərhəmət sahibi, ey Məhəmmədi bəyənib seçən, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və mənim hacətlərimi yerinə yetir!...

Kəza və kəza sözlərinin yerinə öz hacətlərini istə. Hədisdə deyilir ki, Əmirəl-möminin Əli əleyhissalam bu iki rükət namazı elə-belə yerinə yetirərdi və elə ki, başını səcdədən qaldırardı, belə buyurardı: “And olsun, mənim canım onun qüdrəti əlində olan Allaha ki, hər kim bu namazı qıla və öz hacətlərini istəyə, Allah taala mütləq verər, əgər günahları səhranın qumlanın sayı qədər olsa belə bağışlayar.

Mənbə: Məfatihul-cinan, Şəvval ayının birinci gecəsinin əməlləri

İltimas dua!


Etiketlər :

Fitr bayramı gecəsi: Şəvval ayının birinci gecəsinin əməlləri