Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
25 November 2024
15:52
۱,۱۸۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Rza əleyhissəlamın
təvəllüdü
Hicri-qəməri tarixi 1439-cu il zil-qə`də ayının 11-i, miladi 2018-ci il iyulun 24-ü İlahi imamət və xilafət mənsəbinin səkkizinci canişini həzrət imam Əli ibn Musa Rza əleyhiməssəlamın təvəllüd günüdür. Bu əziz və səadətli günün yetişməsi ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) pak Əhli-beytinə (əleyhimussəlam) və xüsusən sonuncü imam həzrət Sahib əz-Zaman əleyhissəlama şadlığımızı bildirir və bütün mömin bacı-qardaşlara səmimi təbriklər deyirik.
Həzrət imam Əli ibn Musa (əleyhiməssəlam) hicrətin yüz qırx səkkizinci ili zilqədə ayının on birində anadan olmuşdur.[1] Əziz atası imam Kazim (əleyhissəlam), mehriban anası isə Nəcmə (Ummul-bənin) adlı fəzilətli bir qadın olmuşdur.[2] İmam Rza (əleyhissəlam) anadan olduqdan sonra İmam Kazim (əleyhissəlam) o xanıma Tahirə adı vermişdir.[3] İmam Əli ibn Musa əleyhiməssəlamın künyəsi Əbulhəsən məşhur ləqəbi Rza olmuşdur. O həzrətin əziz atası İmam Kazim (əleyhissəlam) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında İmamət məqamına çatmışdır.
Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından
Həzrət buyurur:
رَحِمَ اللّه ُ عَبْدا اَحيا اَمْرَنا … يَتَعَلَّمُ عُلومَنا وَ يُعَلِّمُهَا النّاسَ ، فَاِنَّ النّاسَ لَوْ عَلِموا مَحاسِنَ كَلامِنا لاَتَّبَعونا
“Bizim əmrimizi dirildən şəxsə Allahın rəhməti olsun... Bizim elmimizi öyrənsin və onu xalqa öyrətsin. Əgər xalq bizim danışıqlarımızın gözəlliklərinə agah olsaydı, yolumuzun davamçılarından olardılar.”[4]
Həmçinin, buyurur:
إن بَكَيتَ عَلَى الحُسَينِ حَتّى تَصيرَ دُموعُكَ عَلى خدَّيكَ غَفَرَاللّه ُ لَكَ كُلَّ ذَنبٍ أذنَبتَهُ
“Əgər gözlərinin yaşı üzünə axan həddə həzrət imam Huseynə (əleyhissəlam) ağlasan, Allah-taala bütün günahlarını baışlar.”[5]
Eləsə də buyurur:
إنَّ لِكُلِّ إمامٍ عَهدا في عُنُقِ أولِيائِهِ و شيعَتِهِ و إنَّ مِن تَمامِ الوَفاءِ بِالعَهدِ و حُسنِ الأداءِ زيارَةَ قُبورِهِم
“Hər bir imamın öz dostları və şiələri ilə əhd-peymanı vardır, onların bu əhdə vəfalı qalmağının ən gözəl nişanəsi həmin imamın qəbrinin ziyarətinə getmələridir.”[6]
Həmçinin buyurur:
مَن جَلَسَ مَجلِسا يُحيى فيهِ أمرُنا ، لَم يَمُت قَلبُهُ يَومَ تَموتُ القُلوُبُ
“Hər kəs biz Əhli-beytin (əleyhimussəlam) xatirəsi yad edilən bir məclisdə iştirak edərsə, qəlblərin ölən günü (Qiyamətdə) qəlbi diri qalar.”[7]
İltimas dua