Həzrət imam Cavad əleyhissəlamın şəhadəti
27 November 2024
12:12
۹۲۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Cavad əleyhissəlamın şəhadəti
Hicri-qəməri tarixi 1439-cu il zil-qə`də ayının sonu, miladi 2018-ci il avqust ayının 12-i İslam ümmətinin 9-cu imamı həzrət Muhəmməd ibn Əlinin (əleyhiməssəlam) şəhadət günüdür. Bu qəmli və kədərli gün münasibəti ilə ilk növbədə zamanın bərhəqq imamı və xəlifəsi həzrət Məhdi Sahibiz-zamana (əleyhisəlam) və həmçinin bütün müsəlmanlara, xüsusən də Əhli-beyt (əleyhimussəlam) davamçılarına böyük hüznlə başsağlığı deyirik.
Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki İmam Riza (əleyhissəlam) o xanımı pak nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.
Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir.
Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət, o öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.
İltimas dua