Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti

23 November 2024

21:49

۱,۰۲۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 114-cü il zil-hiccə ayının 7-si, miladi 2018-ci il avqust ayının 18-i Peyğəmbər sülaləsinin şərəfli nümayəndəsi imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) şəhadət günü ilə müsadifdir. Bu bu ağır və əzəmətli müsibəti ilk öncə həzrət Hüccət Sahib-əz Zaman əleyhissəlama, daha sonra da bütün dindar və müsəlman xalqlara təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 114-cü il zil-hiccə ayının 7-si, miladi 2018-ci il avqust ayının 18-i Peyğəmbər sülaləsinin şərəfli nümayəndəsi imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) şəhadət günü ilə müsadifdir. Bu bu ağır və əzəmətli müsibəti ilk öncə həzrət Hüccət Sahib-əz Zaman əleyhissəlama, daha sonra da bütün dindar və müsəlman xalqlara təsəlli və başsağlığı deyirik.

İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbləri Baqir Baqirüllum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqirleyhissəlam) həm ata həm də ana tərəfdən Həzrət Əlileyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqirleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

İmam Məhəmməd Baqirleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqirleyhissəlam) elm zöhd (təqva) fəzilət və əzəmətdə bütün BəniHaşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun da düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər təfsir İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki o vaxtadək İmam Həsənleyhissəlam) İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki o HəzrətBaqirüllum” (elm qapılarını açan elmi müşkülatı həll edən) ləqəbi almışdı.

İltimas dua

Etiketlər :

Həzrət İmam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti