Həzrət imam Hadi əleyhissəlamın mövludu

25 November 2024

15:17

۱,۰۴۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-cu il zil-hiccə ayının 15-i, miladi 2018-ci il avqust ayının 27-i alimlərin məşhur nəzərinə əsasən həzrət İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın mövlud günüdür. Bu əziz və şərəfli günün münasibəti ilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət İmam Zamana (əleyhissəlam) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara üsusən də Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların Əhli-beytə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İmam Əliyyən-Nəqi əleyhissəlamın mövludu

Hicri-qəməri 1439-cu il zil-hiccə ayının 15-i, miladi 2018-ci il avqust ayının 27-i alimlərin məşhur nəzərinə əsasən həzrət İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın mövlud günüdür. Bu əziz və şərəfli günün münasibəti ilə Əhli-beyt əleyhimussəlama, xüsusən o Həzrətin əziz nəvəsi həzrət İmam Zamana (əleyhissəlam) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara üsusən də Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların Əhli-beytə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib etsin, inşa Allah.

Həzrət imam Hadi əleyhissəlam 212-ci və ya 214-cü hicri- qəməriilinin belə bir günündə müqəddəs Mədinə şəhərinin yaxınlığında dünyaya göz açmışdır. O Həzrətin təvəllüdü ilə bağlı digər bir neçə nəzəriyyə də qeyd olunubdur, lakin qeyd etdik ki, məşhur nəzərə mütabiq nəzər budur ki, Həzrət zil-hiccə ayının 15-də dünyaya gəlmişdir.

Həzrətin adı Əli, əziz atasının adı Muhəmməd (imam Cavad) əleyhissəlam, mehriban anasının adı isə həzrət Səmanə olmuşdur ki, xalq arasında Ummul-Fəzl adı ilə tanınmışdır.

Həzrət imam Əliyyən Nəqi əleyhissəlamın kunyəsi üçüncü Əbul-Həsən, məşhur ləqəbləri isə Nəcib, Murtəza, Hadi, Nəqi, Alim, Fəqih, Əmin, Mötəmin, Təyyib, Əskəri, Fəqihe Əskəri və İbnur-Riza (əleyhissəlam) olmuşdur.[1]

Sevinc və fərəh gətirən bu günün münasibəti ilə həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarında birini əziz möminlərə təqdim edirik.

Həzrət imam Əli ibn Muhəmməd (əleyhiməssəlam) buyurur:

إِنَّ لِلّهِ بِقاعًا يُحِبُّ أَنْ يُدْعى فيها فَيَسْتَجيبَ لِمَنْ دَعاهُ وَ الْحَيْرُ مِنْها

“Həqiqətən, yer üzündə Allahın sevdiyi məkanlar vardır. Allah-taala bu məkanlarda Ona dua edilməsini sevir və Onun dərgahına dua edənləri arzularına yetirir. Həzrət imam Huseyn əleyhissəlamın ziyarətgahı o cümlədən, belə müqəddəs məkanlardan biridir.

İltimas dua

[1] “Mənaqibu İbn Şəhri Aşub”, 4-cü cild, səh. 432

Etiketlər :

Həzrət imam Hadi əleyhissəlamın mövludu