Muhərrəmul-həram – həzrət Seyyiduş-Şuhədanın əzadarlıq ayı
27 November 2024
12:03
۸۵۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir Rahmənir Rahim
Muhərrəmul-həram – həzrət Seyyiduş-Şuhədanın əzadarlıq ayı
Məhərrəm ayında çoxsaylı hadisələr baş vermişdir və onların ən əzəmətlisi həzrət Əba Əbdillahil Huseyn əleyhissəlam və onun əziz tərəfdarlarının şəhadətə çatmaları və Həzrətin Əhli-beytinin əsir düşmələridir. Bu əzəmətli ayın çox günlərində Kərbəla vaqeəsi ilə əlaqədar olan hadisələr baş vermişdir.
Həzrət imam Huseyn əleyhissəlamın bu ayda Kərbəlaya yetişməsi, Kufə əhlinə yazdığı məktub, Şureyh qazinin həzrət imam Huseynin (əleyhissəlam) qətlinə dair fətva verməsi, Yezidin qoşununun getdikcə Kərbəlada artması, Ömər ibn Sədin böyük qoşunla Kərbəlaya gəlməsi, həzrət imam Huseynin (əleyhissəlam) onunla danışığı, Kərbəlada Əhli-beytin (əleyhimussəlam) mühasirə edilmələri, Kufədən həzrət Ummul-bəninin dörd oğlu üçün əmannamə göndərilməsi, imam Huseyn əleyhissəlam ilə vuruşmaq üçün əlavə döyüşçü qüvvələrin Kərbəlaya yetişmələri, Həzrətin öz səhabəsinə xitabən söhbət etməsi, Həzrətin öz Əhli-beyti ilə danışması, həzrət Zeynəbi-Kubranın imam Huseyn əleyhissəlam ilə danışması və s. bütün bu hadisələr Kərbəla vaqeəsində həzrət Huseyn ibn Əlinin (əleyhiməssəlam) şəhadətindən öncə baş vermiş hadisələrdir.
Həzrət Seyyiduş-Şuhədanın, həzrət Əbul-Fəzl Abbas, həzrət Əli Əkbərin, həzrət Qasim ibn Həsənin, həzrət Babul-həvaic Əli Əsqərin, həzrət Əbdullah ibn Həsənin (əleyhimussəlam), Həbib ibn Muzahirin, Muslim ibn Əvsəcənin, Hurr ibn Yəzid Riyahinin, Əbu Zərin qulamı Cəvnin, imam Huseyn əleyhissəlamın digər vəfalı səhabələrinin, eləcə də Şimrin qulamının əli ilə Vəhəbin həyat yoldaşının şəhadəti muhərrəm ayında baş vermiş şəhadət məktəbinin ən böyük cilvələridir.
Bu böyük əzadarlıq ayının çatması münasibəti ilə bütün azad və qeyrətli insanlara başsağlığı deyirik və ümid edirik bu qəmli-qüssəli günlərdə Əhli-beytə (əleyhimussəlam) münasib əza saxlayaraq adlarımızı həzrət Əba Əbdillahil Huseynin (əleyhissəlam) dostlarının adları cərgəsində qeydə qlınmasına nail olaq!