Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
27 November 2024
11:10
۹۴۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məzarının kənarında
İmam Hüseyn (əleyhisəlam) Vəlidin məclisini tərk edərkən artıq Yezid iqtidarına qarşı mübarizəsini davam etdirərək Mədinədə qalmamağı, bu mübarizəni əbədiyaşar bir qəhrəmanlıq hərəkatına çevirməyi qərara almışdı.
Tarixi mənbələrin rəvayətlərinə əsasən, o, bu hərəkata başlamazdan öncə dəfələrlə babası Rəsulallahın (sallallahu əleyhi və alih) məzarını ziyarət etmişdi. Əlbəttə, həmin ziyarətlərdə onun babası ilə bölüşdüyü bütün sirləri, düşüncələri bizə bəlli deyil. Həmin ziyarətlərdən yalnız ikisi əsnasında Həzrət Hüseynin (əleyhissəlam) söylədikləri tarixi qaynaqlarda öz əksini tapmışdır və həmin sözlər onun bu ziyarətlərdə hazırlaşdığı səfərin səbəb və məqsədlərini bəyan etdiyini göstərir.
Xətib Xarəzminin nəqlinə əsasən, İmam (ə) elə Vəlidin məclisindən çıxdığı gecə Allahın Peyğəmbərini (sallallahu əleyhi və alih) ziyarət edərək ona belə müraciət etmişdi:
“Salam olsun sənə, ey Allahın elçisi! Mən sənin ciyərparan Fatimənin oğlu, ümmətinə xəlifə olaraq tanıtdığın, bədəninin bir parçası olan Hüseynəm. Şahid ol, ey Allahın peyğəmbəri, onlar mənə yardımlarını əsirgədilər, məni qorumadılar. Bu səninlə görüşənədək əl çəkməyəcəyim bir şikayətdir...”[1]
Həzrət Hüseyn (ə) Mədinəni tərk etmək qərarını qətiləşdirdikdən sonra növbəti gecə ikinci dəfə İslam Peyğəmbərinin (sallallahu əleyhi və alih) ziyarətinə müşərrəf olmuş və onu aşağıdakı dua və çağırışla ziyarət etmişdi:
“Allahım, bu sənin peyğəmbərin Məhəmmədin (sallallahu əleyhi və alih) qəbridir, mən isə Peyğəmbərinin (sallallahu əleyhi və alih) qızının övladıyam. Mənim nə ilə üzləşdiyimi sən özün (məndən yaxşı) bilirsən. Allahım! Mən yaxşılıqları (sənin insanları sövq etməyi əmr etdiyin yaxşı işləri) sevir, pisliklərə (sənin insanları çəkindirməyi əmr etdiyin pis əməllərə) nifrət edirəm. Ey cəlal və kəramət sahibi, bu qəbirin, onda uyuyanın haqqına mənim üçün sənin və rəsulunun razılığı olan bir yol seçməyini (müqəddər etməyini) diləyirəm”.[2]
Xarəzminin nəql etdiyi rəvayətə əsasən, İmam (əleyhissəlam) həmin gecəni sübhədək Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məzarının kənarında ibadət və münacatla keçirmiş, həmin münacatlarda gecələrin təqvalı abidi, eyni zamanda mübarizə meydanlarının qəhrəmanı olan Əli oğlunun səsi qulaqları çınlatmışdı...
(ardı var)
[1] Məqtəl (Xarəzmi), c. 1, səh. 186; Məqtəl (Əvalim), səh. 54.
[2] Həmin mənbə.