Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
27 November 2024
11:10
۹۱۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
Həzrət imam Huseynin (əleyhissəlam) Məhəmməd Hənəfiyyəyə vəsiyyəti
Həzrət Hüseyn (ə) bu qısa məzmunlu vəsiyyətnaməni Məkkəyə doğru yola çıxarkən yazmış və öz möhrü ilə möhürləyərək qardaşı Məhəmməd Hənəfiyyəyə vermişdi:
“Rəhman və Rəhim Allahın adı ilə! Bu Hüseyn ibn Əlinin (ə) Məhəmməd ibn Hənəfiyyəyə vəsiyyətidir. Hüseyn şəhadət verir (təsdiq edir) ki, Allahdan başqa tanrı yoxdur, O təkdir, şəriki yoxdur; Məhəmməd (sallallahu əleyhi və alih) Onun qulu və elçisidir, haqqı (haqq din olan İslamı və Quranı) Onun tərəfindən gətirmişdir; cənnət və cəhənnəm haqdır; o gün (Qiyamət günü) gələcək, şübhəsiz, Allah bütün qəbirlərində uyuyanları dirildəcəkdir”.
İmam (ə) vəsiyyətnamədə tövhid (təkallahlılıq), nübuvvət (peyğəmbərlik) və məad (yenidən diriliş) ilə bağlı etiqadını açıqladıqdan sonra səfərə çıxmaqda məqsədini belə bəyan edir:
“Mən nə xudbinlik və dikbaşlığımdan, nə də fitnə törətmək və zülmə rəvac vermək üçün (Mədinədən) çıxıb gedirəm. Səfərimin məqsədi (yalnız və yalnız) babamın (s) ümmətində (ictimai) islahatlar aparmaqdır. (Müsəlmanları) yaxşı işlərə sövq edərək, pis əməllərdən çəkindirmək, babam (sallallahu əleyhi və alih) və atam Əli ibn Əbu Talibin (əleyhissəlam) yolu ilə getmək istəyirəm. Kim haqqa inanaraq məni qəbul edərsə (mənə qoşularsa), bilsin ki, Allah (yolu) haqqa daha yaxındır. Məni bu yolda rədd edənlərə qarşı isə mənimlə bu qövm arasında Allahın (ədalətli) mühakiməsi gerçəkləşənədək səbir edəcəyəm. O, hakimlərin ən üstünüdür! Qardaşım, sənə vəsiyyətim bundan ibarətdir. Mənim üçün müvəffəqiyyət yalnız və yalnız Allahdandır. Ona təvəkkül etmişəm və ona doğru qayıdacağam”.[1]
(ardını izləyin)