Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
27 November 2024
11:19
۹۴۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək
Həzrət Hüseynin (əleyhissəlam) qiyamının səbəbləri
İmam (əleyhissəlam) Vəlid və Mərvana verdiyi cavablarda qiyam və mübarizəsinin, Yezid ibn Müaviyəyə qarşı müxalifliyinin ilk səbəbini bəyan etmişdi. Mədinəni tərk edərkən isə qiyamının başqa bir səbəbini - əmr be məruf və nəhy əz münkər vəzifəsini icra etmək, Yezid iqtidarının antiislam və antihumanist fəaliyyəti və törətdiyi günbəgün artan fəsadlar ilə mübarizə aparmaqdan ibarət olan başlıca səbəbinə toxunaraq buyurur ki, onlar məndən beyət etməyimi tələb etməsələr də, mən səssiz qalmayacağam. Çünki mənim xilafət iqtidarı ilə müxalifətim yalnız Yezidə beyətlə bağlı deyil ki, onların beyət tələbindən əl çəkməsi ilə mən də sükutu tərcih edim. Yezidin və onun sülaləsinin hakimiyyətdə olmasının özü zülm haqsızlığın yaranmasına, fəsad və İslam təlimlərinin təhrif edilməsi hallarının artmasına səbəb olmuşdur. Mənim də vəzifəm budur ki, bu fitnə və fəsadı aradan qaldırmaq, əmr be və məruf və nəhy əz münkər etmək, babam Rəsulallahın (sallallahu əleyhi və alih) qanunlarını və atam Əlinin yolunu dirçəltmək, ədaləti bərpa etmək üçün hərəkətə keçim və bütün bu nizamsızlıqların mənşəyi olan Bəni Üməyyə iqtidarının kökünü kəsim. Qoy bütün bəşəriyyət bilsin ki, Hüseyn mənsəbpərəst deyildi, var-dövlət hərisi deyildi, şəri, fəsadı və hərc-mərcliyi yayan bir insan deyildi və əvvəldən sonadək, son nəfəsinədək bu belə olmuşdur.
Burada
maraqlı bir sual da qarşıya çıxır. Məgər əmr be məruf və nəhy əz münkər vəzifəsinin
icrası can və mal təhlükəsizliyi şərti ilə şərtlənmirmi? Bəs nə üçün İmam (əleyhissəlam)
bu şərti nəzərə almayaraq çox irəli getmiş, özü və dostlarının canından keçməsi
ilə yanaşı həyat yoldaşı və qızlarının əsir edilməsinə də razı olmuşdur?
(ardı var)