Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

27 November 2024

11:00

۹۵۷

Xəbərin xülasəsi :
Mədinədən çıxarkən Musa peyğəmbərin (əleyhissəlam) Misiri tərk etməsi və fironla mübarizəyə hazırlaşmasından bəhs edən aşağıdakı ayəni oxumuşdu: “(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi”


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək

Həzrət imam Huseyn əleyhissəlamın Mədinədə buyurduğu son sözlər

            Vəlidlə görüşərək beyət tələbi qarşısında öz mövqeyini açıq şəkildə bəyan edən Hüseyn ibn Əlidən (əleyhissəlam) fərqli olaraq Abdullah ibn Zübeyr vali ilə görüşməkdən imtina etmiş və gecə ilə Mədinəni tərk edərək gizli yolla Məkkəyə yollanmışdı.

 Hüseyn ibn Əli (əleyhissəlam) isə rəcəb ayının sona çatmasına iki gün qalmış bazar günü ailə üzvləri ilə birlikdə Məkkəyə doğru yola çıxmışdı. Mədinədən çıxarkən Musa peyğəmbərin (əleyhissəlam) Misiri tərk etməsi və fironla mübarizəyə hazırlaşmasından bəhs edən aşağıdakı ayəni oxumuşdu:

“(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!” – dedi”.[1]

Hüseyn ibn Əli (əleyhissəlam) Abdullah ibn Zübeyrdən fərqli olaraq bütün karvanların istifadə etdiyi ümumi və hər kəsə məlum olan yolu tərcih etmişdi. Dostlarından biri onun da Zübeyrin oğlu kimi başqa bir yolla, dağlıq yolla hərəkət etməsini tövsiyə edərək demişdi: “Bilinməyən bir yolla hərəkət edin ki, Yezidin məmurları sizi təqib edərək zərbə vurmaq niyyətinə düşsələr, məqsədlərinə çata bilməsinlər”.

İmam (əleyhissəlam) həmin təklifə cavab olaraq buyurmuşdu:

“Əsla! And olsun Allaha ki, Onun qəzavü-qədəri gerçəkləşənədək yolumu dəyişməyəcəyəm”.[2]

[1]Qəsəs surəsi, 21-ci ayə.

[2] Təbəri, c. 7, səh. 222; İbn Əsir, c. 3, səh. 265; əl-İrşad (Şeyx Müfid), səh. 202; Məqtəl (Xarəzmi), c. 1, səh. 189.

(ardı var)

 

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlam - Mədinədən Kərbəlayadək