Səfər ayının son günlərinin əzadarlıqları

27 November 2024

08:13

۹۲۱

Xəbərin xülasəsi :
Hicri-qəməri səfər ayının axırları həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) vəfatı, imam Həsən Muctəba və imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şehadet günlərinin yetişməsi ilə əlaqədar ilk növbədə həzrət Vəliyy Əsr imam Zamana (əccələllahu təala fərəcəhuş-şərif), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, xüsusən xalqımızın mömin bacı və qardaşlarına təsəlli və başsağlığı deyirik. Əziz möminlərin bu günlərdə Əhli-Beyt (əleyhimussəlam) yolunda hüzn və əzadarlıqlarının qəbul olmasını Allah-taaladan arzu edirik
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Səfər ayının son günlərinin əzadarlıqları

Hicri-qəməri səfər ayının axırları həzrət Peyğəmbər-Əkrəmin (sallallahu əleyhi və alih) vəfatı, imam Həsən Muctəba və imam Əli ibn Musa Rizanın (əleyhiməssəlam) şehadet günlərinin yetişməsi ilə əlaqədar ilk növbədə həzrət Vəliyy Əsr imam Zamana (əccələllahu təala fərəcəhuş-şərif), sonra bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, xüsusən xalqımızın mömin bacı və qardaşlarına təsəlli və başsağlığı deyirik. Əziz möminlərin bu günlərdə Əhli-Beyt (əleyhimussəlam) yolunda hüzn və əzadarlıqlarının qəbul olmasını Allah-taaladan arzu edirik.

Həzrət imam Həsən Muctəbanın gövhərbar kəlamlarından

وَ قَالَ عليه السلام مَنْ‏ أَدَامَ‏ الِاخْتِلَافَ‏ إِلَى‏ الْمَسْجِدِ أَصَابَ إِحْدَى ثَمَانٍ آيَةً مُحْكَمَةً وَ أَخاً مُسْتَفَاداً وَ عِلْماً مُسْتَطْرَفاً وَ رَحْمَةً مُنْتَظَرَةً وَ كَلِمَةً تَدُلُّهُ عَلَى الْهُدَى أَوْ تَرُدُّهُ عَنْ رَدًى وَ تَرْكَ الذُّنُوبِ حَيَاءً أَوْ خَشْيَة

Məscidə get-gəli olan şəxs, aşağıda qeyd edilən səkkiz nemətin ən azı birindən bəhrə aparacaqdır:

1- Dini məsələlərdə (etiqadi, fiqhi, ictimai və s.) dəqiq və tutarlı dəlillərə istinad etmək;

2- Faydalı və dəyərli dostlarla tanış olub onlarla əlaqə yaratmaq;

3- Yeni və heyrətləndirici elm və məlumata yiyələnmək;

4- Onun üçün gözü yolda qalan nemət və rəhmətə çatmaq;

5- İnsanın haqq yoluna hidayət tapmasına səbəb olan qiymətli sözləri əldə etmək;

6- İnsanı dəyər və hörmətdən salan, yaraşmaz və alçaldıcı mətləblərdən xəbərdar olmaq;

7- Allaha olan sevgi və Onun buyurduğu günahları tərk etməyə qətiyyətli olduğu üçün günah və haram məsələlərdən uzaq olmaq;

8- Allahın ağır cəzasına giriftar olmaqdan qorxmaq, yaxud günah etməklə öz abır və şəxsiyyətinə ləkə salmaqdan çəkinmək səbəbinə günah və haram məsələlərdən uzaq olmaq.

Mənbə:

“Biharul-ənvar”, 75-ci cild, səh. 108

Bu bərəkətli hədisdən belə nəticəyə gəlmək olar ki, əgər hər hansı bir şəxs məscidə gedib-gəlirsə, amma qeyd olunan bu nemətlərdən heç bir bəhrə aparmırsa, deməli belə insanın məscidə get-gəli, onun özü və ətrafında olanlar üçün faydasız və təsirsizdir. Belə ki, həyatda bir çoxları olmuş və hazırda da vardırlar ki, adlarını namaz və məscid əhli qoymuşlar, lakin öz yaraşmaz və məyusedici əməl və danışıqları ilə dinə və İslam cəmiyyətinə iftixar deyil, əksinə başı aşağılıq və hörmətsizlik qazandırırlar. Belə insanlar dinə zinət olmaq əvəzinə, din haqda başqalarının nəzərində xəcalət və rüsvayçılıq yaradırlar.

İltimas dua

 

 

Etiketlər :

Səfər ayının son günlərinin əzadarlıqları