Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhsdəti
27 November 2024
08:01
۹۰۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhsdəti
Hizcri-qəməri 1440-cı il rəbiul-əvvəl ayının 8-i, miladi 2018-ci il noyabrın 16-sı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib zamanın (əccələllahu təala fərəcəh) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın şəhadət günüdür. Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin istəkli oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün dini alimlərə və Əhli-beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın gövhərbar əxlaqi hədislərindən:
"من وعظ اخاه سرا فقد زانه، و من وعظه علانية فقد شانه"
“Hər kəs öz (mömin) qardaşını gizlində moizə etsə, şübhəsiz ona zinət bəxş etmişdir və hər kəs onu aşkarda moizə etsə, həqiqətdə ona nöqsan və qüsur yetirmiş olar.”
Mənbə:
“Muntəhəl-amal”, “həzrət imam Həsən Əsgəri əleyhissəlamın bəzi hikmətli hədisləri” bölməsi.
İltimas dua