Namazın həqiqəti onun birinci rükətində təcəlli edir

24 November 2024

06:47

۲,۶۷۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Muhəmməd Cavad Fazil Lənkəraninin (Allah ömrünə bərəkət versin) "Namazın sirləri və ədəb qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Namazın həqiqəti onun birinci rükətində təcəlli edir

Həzrət İmam Rza əleyhissəlam buyurdu:

"... أَصْلَ الصَّلَاةِ إِنَّمَا هِيَ‏ رَكْعَةٌ وَاحِدَةٌ..."

“Namazın həqiqəti həmin birinci rükətidir.”[1]

Hədislərdə namazın batini və həqiqəti ilə bağlı mühüm bir məsələ ilə qarşılaşırıq və o, budur ki, hər namazın həqiqəti onun birinci rükətindədir. Namaz qılan şəxs, əgər namazın birinci rükətində “təkbirətul-ehram” dediyi zamandan ikinci səcdənin sonuna qədər tam şəkildə hüzuri-qəlb ilə olsa, namazın əsrar və həqiqətini müəyyən miqdar ələ gətirə bilər. Öncə ərz olundu, Allah-təalanın istəyi budur ki, bəndələri namazın əsrar və həqiqətlərindən məhrum olmasınlar. Bu baxımdan əsli bir rükət olan namaza ikinci rükəti əlavə etdi, ona görə ki, camaatın əksəri birinci rükətdə namazın həqiqətinə və onun xüsusiyyətlərinə lazımınca diqqət yetirmirlər. Həmçinin, sonra əziz Peyğəmbərimiz (sallallahu əleyhi və alih) namazın bəzisinə bir rükət, bəzisinə də iki rükət artırdı. Nəticədə namazlar, iki, üç və dörd rükətli oldu. Amma namazın əslini və həqiqətini, elə onun birinci rükəti təşkil edir. Lakin biz əksərən birinci rükətdə kamil şəkildə təmərküz və hüzuri-qəlb hasil edə bilmirik, zehnimiz pərişan, fikrimiz dağınıqlı olduğu üçün, Allah-təala yola sədd çəkməmişdir və ikinci rükəti artırmışdır ki, birinci rükətdə yaranan xələl və nöqsanları ikinci rükətdə islah etsin.

(ardı var)


[1] Vəsailuş-şiə”, cild-4, səh. 53; “İləluş-şəraye”, cild-1, səh. 261

Etiketlər :

Namazın həqiqəti onun birinci rükətində təcəlli edir