Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi

27 November 2024

08:03

۱,۰۶۲

Xəbərin xülasəsi :
Camieyi-kəbirə ziyarətnaməsi bütün şiə alimləri tərəfindən qəbul edilmiş və etibarlı sayılaraq hicri tarixinin dördüncü əsrin­dən indiyə qədər çoxsaylı kitablarda nəql olunmuşdur. Hətta əhli-sünnə alimlərindən olan İbrahim ibn Sədud-din Həmvini Əhli-beyt əleyhimus­səlamın fəzilətləri barəsində yazdığı «Fəraidus-simtəyn» kitabında bu ziyarətnaməni öz ustadlarının vasitəsilə Həzrət imam Hadi əleyhissəlama isnad edərək nəql etmişdir.


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi

İkinci üsul baxımından da deməliyik ki, Camieyi-kəbirə ziyarətnaməsi bütün şiə alimləri tərəfindən qəbul edilmiş və etibarlı sayılaraq hicri tarixinin dördüncü əsrin­dən indiyə qədər çoxsaylı kitablarda nəql olunmuşdur. Hətta əhli-sünnə alimlərindən biri olan İbrahim ibn Sədud-din Həmvini 716-cı qəməri ilində Əhli-beyt əleyhimus­səlamın fəzilətləri barəsində yazdığı «Fəraidus-simtəyn» kitabında bu ziyarətnaməni öz ustadlarının vasitəsilə Həzrət imam Hadi əleyhissəlama isnad edərək nəql etmişdir.

Üçüncü üsul baxımından isə belə demək olar:

Bir çox görkəmli şiə aliminin «Camiəyi-kəbirə» ziyarətnaməsini şərh etmələri bunu göstərir ki, bu ziyarətnamə böyük din alimlərinin diqqət mərkəzində olmuşdur. Bunu da qeyd etməliyik ki, bu alimlərin heç biri «Camiə» ziyarətnaməsinin, hətta bir cümləsinə də olsa irad etməmişlər.

Hal-hazırda tədqiqatçıların ixtiyarında «Camiə» ziyarətnaməsinin bir sıra şərhləri vardır. Burada onlardan bəzilərini əziz tamaşaçılara tanıtdırırıq:

 1– Mərhum Molla Məhəmmədtəqi Məclisinin «Rövzətul-muttəqin» və «Ləvamee sahibqirani» kitablarında çapdan çıxmış qiymətli şərh.

2- Əllamə Məclisinin «Biharul-ənvar» və «Məlazur-əxyar» kitablarında çap olan şərhi.

3– Höccətul-İslam vəl-muslimin Hac Şeyx Cavad Kərbəlainin «Əl-Ənvarus-satiə fi şərhiz-ziyarətil-camiə» adlı çox dəyərli şərhi.

4– Mərhum Seyid Abdullah Şübbərin «Əl-Ənvarul-lamiə fi şərhiz-ziyarətil-camiə» adlı qiymətli kitab.

Xatırladım ki, adı çəkilən sonuncu şərh Azərbaycan dilinə tərcümə olunmuş və xalqımızın kitabsevər oxucularına təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, «Camiə» ziyarətnaməsinin şərhinə həsr olunmuş bu verilişimizdə daha çox həmin şərhdən faydalanacağıq.

Amma dördüncü üsul baxımından:

«Camiəyi-kəbirə» ziyarətnaməsini nəql edən raviləri «Rical» elmi nöqteyi-nəzərindən araşdırdıqda görürük ki, bu insanlar çox möhtərəm şəxsiyyətlər kimi tanınmış və elmi mənbələr onların etibarlı olmalarını təsdiq etmişlər.

«Camiə» ziyarətnaməsinin ravilər silsiləsini təşkil edən alimlərdən mərhum Şeyx Tusi və Şeyx Səduqa gəldikdə deməliyik ki, bu iki dahi şəxsiyyət Əhli-beyt məktəbinin ən tanınmış və görkəmli üzvlərindəndir. Bu şəxsiyyətlərin əzəməti haqqında yalnız bunu demək kifayətdir ki, onlar Əhli-beyt davamçılarının bəşəriyyətə hədiyyə etdikləri dörd əsas kitabın üçünün müəllifidirlər. Şeyx Səduq «Mən la yəhzuruhul-fəqih», Şeyx Tusi isə «İstibsar» və «Təhzibul-əhkam» kimi möhtəşəm kitabları yazaraq, Qu`ranı və İlahi hökmləri öyrənməkdə müsəlman ümmətinə vəsfəgəlməz elmi mənbələr təqdim etmişlər.

 Sonrakı təbəqədə duran Əli ibn Əhməd ibn Musa və Hüseyn ibn İbrahim ibn Əh­məd və Əli ibn Əhməd ibn Məhəmməd ibn İmran Dəqqaq və Məhəmməd ibn Əhməd Sənani və Əli ibn Abdullah Vərraq isə mərhum Şeyx Səduqun böyük hörmət bəslədiyi mötəbər ravilər olmuşlar. Məlum məsələdir ki, Şeyx Səduq kimi dahi alimin ehtiramına layiq görülən ravilər də, mütləq etibarlı və görkəmli alimlər olmalıdır.

Hədis elmində böyük nüfuza malik olan mərhum Nəcaşi öz «Rical» kitabında «Camiə» ziyarətnaməsinin digər raviləri olan, Məhəmməd ibn Əbu Əbdullah Kufi və Əbul-Huseyn Əsədi və Məhəmməd ibn İsmail Bərməkinin söylədikləri hədislərin doğruluğunu təsdiqləmişdir.

Nəhayət, böyük «Rical» alimi Maməqani özünün «Tənqihul-məqal» kitabında sonuncu ravi, Musa ibn Abdullah Nəxəini tərifləyərək onu mötəbər sanmışdır.[1]

Beləliklə, bu nəticəyə gəlirik ki, «Camiə» ziyarətnaməsini onuncu imamımız Həzrət Əliyyən-Nəqi əleyhissəlamın bəyan etməsi hər cəhətdən sübuta yetmişdir.

(ardını izləyin)

Mənbə:

[1] «Şərhe ziyarəte Camiəye kəbirə», (Rza Ustadi), (müxtəsər dəyişikliklə), səh. 265-271.

 

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi