Cəfəri məzhəbində əqidə əsasları

27 November 2024

08:02

۹۶۵

Xəbərin xülasəsi :
İlahi peyğəmbərlər insanları əsasən iki şeyə də`vət etmişlər: 1- Sağlam əqidə; 2- Saleh əməl

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İlahi peyğəmbərlərin dəvətlərinin əsası

İlahi peyğəmbərlər insanları əsasən iki şeyə də`vət etmişlər:

1-Sağlam əqidə.

2-Saleh əməl.

Əqidənin həddi-hüdudu Allaha, Onun cəlal və cəmal sifətlərinə, eləcə də əf`alına (yə`ni işlərinə) inanmaqdır. Əməl dedikdə isə məqsəd hökmlər, dini mükəlləfiyyət və vəzifələrdir ki, insan Allahın əmri ilə özünün fərdi və ictimai yaşayışını onun əsasında qurub möhkəmlətməlidir. 

Əqidə haqqında nəzərə çarpan əsas məsələ “elm” və “yəqin”-dir. Şübhəsiz ki, insanın öz məqsədinə çatması üçün yeganə dəlili “elm” və “yəqin”-dir. Məhz bu səbəbdən də hər bir müsəlman öz əqidələrində yəqin həddinə çatmalı və başqalarına təqlid etməməlidir.

Dini hökm və mükəlləfiyyət ilə əlaqədar əsas məsələ budur ki, insanın yaşayışı onların əsasında həyata keçirilməlidir. Burada insan yəqindən əlavə, şəriət sahibinin bəyan etdiyi qanunlara da əsaslanmalıdır.

Dinin praktiki hökmlərində cameüş-şərait müctehidə (yə`ni şəriət hökmlərini Qur`an ayələri və hədislərdən əldə etməkdə lazım olan bütün şərtlərə malik olan müctehid-müt.) müraciət edib ona təqlid etmək, şəriətin vacib etdiyi həmin yollardan biridir. Gələcəkdə bu mövzu ilə əlaqədar geniş söhbət edəcəyik.

(ardını izləyin)

 

Etiketlər :

İlahi peyğəmbərlərin dəvətlərinin əsası